Hansı rayonlarda 17 yaşında evlənirlər? - RƏSMİ STATİSTİKA

Ailə Məcəlləsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur.

Bununla yanaşı sənəddə bildirilirdi ki, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Bu ilin iyul ayının 1-dən etibarən isə ölkə ərazisində 17 yaşında nikaha daxil olmaq istəyənlər üçün qanunun sərtləşdirilib. Belə ki, 2025-ci ilin iyul ayınınn ilk günündən nikah yaşına çatmamış şəxslərə tətbiq olunan üzrlü səbəblər ləğv olunur.

Beləliklə istisnasız olaraq rəsmi nikaha daxil olmaq istəyənlərin minumum yaş həddi 18 olaraq müəyyən edilir.

Bizim.Media xəbər verir ki, 2024-cü il üzrrə respublikanın 14 iqtisadi rayonu üzrə 185 nəfər 17 yaşında rəsmi nikaha daxil olub.

2023-cü ildə isə yetkinlik yaşına çatmayan 249 nəfərə icra orqanları tərəfindən evlilik üçün icazə verilib.

Paytaxtda mövcud vəziyyət

Bakı iqtisadi rayonuna daxil olan rayonlar arasında Sabunçuda 4, Xəzərdə 2, Pirallahıda isə il ərzində sadəcə 1 17 yaşında şəxslərin nikahının rəsmiləşdirilməsi halı qeydə alınıb. Bakının digər rayonları – Binəqədi, Nəsimi, Nizami, Nərimanov, Yasamal, Xətai, Suraxanı, Səbail, Qaradağda isə bənzər hallar qeydə alınmayıb.

Ən çox 17 yaşında nikah halı qeydə alınan iqtisadi rayon

Qarabağ iqtisadi rayonu respublika üzrə rəsmi evlilik yaşına çatmadan, icra orqanlarına üzrlü səbəblərdən müraciət edən və 17 yaşda evlilik halının ən çox olduğu bölgədir. Region üzrə bu hal ən çox Bərdə rayonunda qeydə alınıb. Bir il ərzidən Bərdədə 17 rəsmiləşən erkən nikah halı qeydə alınıb ki, bu da səkkiz iqtisadi rayondan daha yüksək göstərici hesab edilir. Bərdədən sonra ən çox üzrlü səbəblərdən 17 yaşda rəsmiləşən nikah sayı Ağcabədidə qeydə alınıb ki, bu göstərici isə 12-dir. Region üzrə sadəcə Şuşada bənzər hal qeydə alınmayıb. Füzuli, Xocalı və Xocavənddə il ərzində sadəcə 1 17 yaşında nikah halı qeydə alınıb. Bənzər göstəriciləri Tərtərdə 6, Ağdamda isə 3-dür.

Ən çox 17 yaşında nikah halı qeydə alınan iqtisadi rayonlar

Abşeron-Xızı iqtisad rayonuna daxil olan Sumqayıt şəhəri, o cümlədən Abşeron rayonu və Xızıda 17 yaşında rəsmi nikaha daxilolma halı qeydə alınmayıb.

Naxçıvan iqtisadi rayonuna daxil olan 8 şəhər və rayonda – Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur və Naxçıvanda 17 yaşında nikahın rəsmiləşdirilməsi üçün heç bir hal qeydə alınmayıb.

İqtisadi rayonlar üzrə statistika

Gəncə-Daşkəsən – 22 hal

Bu iqtisadi rayon üzrə 17 yaşında evləndirilən şəxslərin sayı ən çox Göygöldə qeydə alınıb. Sözügedən rayonda 17 hal qeydə alınıb. Gəncədə 1, Daşkəsəndə 2, Samuxda isə 2 şəxsə icra orqnları tərəfindən 17 yaşda rəsmi nikaha daxil olmağa icazə verilib.

Şəki-Zaqatala – 6 hal

Şəki şəhərində 18 yaşına çatmadan üzrlü səbəblərdən 4, Balakəndə isə 2 nəfərə evlilik yaşından 1 il əvvəl nikaha daxil olmağa icazə verilib. İqtisadi rayona daxil olan Qax, Qəbələ, Oğuz və Zaqatalada bənzər prosesə qeydə alınmayıb.

Lənkəran-Astara – 4 hal

Cənub zonasında ümumilikdə 17 yaşda rəsmi nikaha daxil olanların sayı dörddür ki, bu da Lənkəran və Yardımlıda müvafiq olaraq 2 hal qeydə alınıb. Astara, Cəlilabad, Masallı və Lerikdə isə 17 yaşına çatmış şəxslər arasında rəsmi nikah qeydə alınmayıb.

Quba-Xaçmaz – 9 hal

Quba və Qusarda fəaliyyət göstərən icra orqanlarına 17 yaşında rəsmi nikaha daxil olmaqla bağlı müraciət olunmayıb. İqtisadi rayonun digər rayonlarında müvafiq göstəricilər aşağıdakı kimidir:

Xaçmaz – 2, Şabran – 3, Siyəzən – 4

Mərkəzi Aran – 23 hal
Bu iqtisadi rayonun tərkibində olan Kürdəmir və Ucarda 1, Yevlaxda 8, Ağdaşda 6, Zərdabda 4, Mingəçevir şəhərində isə 3 bənzər hal qeydə alınıb. Mərkəzi Aran bölgəsində sadəcə Göyçay rayonunda 17 yaşda rəsmi nikaha daxilolma qeydə alınmayıb.

Şərqi Zəngəzur – 1 hal

Yalnız Kəlbəcər rayonunda 1 nikah yaşına çatmayan və icra orqanlarına üzrlü hal üçün müraciət edərək 17 yaşında rəsmi nikaha daxilolma qeydə alınıb.

Dağlıq Şirvan – 24 hal

Ağsuda 9, Şamaxıda 7, İsmayıllıda 5, Qobustanda isə 3 nəfər nikah yaşına çatmadan rəsmi nikaha daxil olub.

Qazax-Tovuz – 17 hal

Qazax-Tovuz iqtisadi rayonuna daxil olan 5 rayonun sadəcə 2-sində 17 yaşında şəxslərin rəsmi nikahı qeydə alınıb. Burada ən böyük pay Tovuz rayonun üzərinə düşür. Belə ki, Tovuzda 16 nəfər üzrlü hallar səbəbi ilə rəsmi nikaha 1 il tez daxil olub. Digər 1 hal isə Ağstafada baş tutub.

Mil-Muğan – 13 hal

Mil Muğam iqtisadi rayonunda erkən yaşda rəsmi nikaha ümumilikdə 13 hal qeydə alınıb ki, bunun da 7-si Saatlı, 5-i Sabirabadın, 1-i isə Beyləqanın payına düşüb.

Şirvan-Salyan – 18 hal

Bu iqtisadi rayonun tərkibində olan Biləsuvarda 10, Salyanda 4, Hacıqabulda 3, Şirvanda isə 1 bənzər hal qeydə alınıb. Şirvan-Salyan bölgəsində sadəcə Netfçala rayonunda 17 yaşda rəsmi nikaha daxilolma qeydə alınmayıb. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hər şeyini itirmək riski olan BÜRCLƏR

Hər şeyini itirmək riski olan BÜRCLƏR

Colinin gözünə nə olub? - FOTO

Colinin gözünə nə olub? - FOTO

"Google" və Pentaqon arasında GİZLİ RAZILAŞMA əldə edildi

"Google" və Pentaqon arasında GİZLİ RAZILAŞMA əldə edildi

Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir

Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir

ABŞ İrana yardım edən 17 ŞƏXSƏ sanksiya tətbiq etdi

ABŞ İrana yardım edən 17 ŞƏXSƏ sanksiya tətbiq etdi

Əməkdar artist keçmişini xatırladı: “Günlərlə məktəbə ac gedirdim”

Əməkdar artist keçmişini xatırladı: “Günlərlə məktəbə ac gedirdim”

Bakı, Sumqayıt və Abşeron üçün seysmik xəritələr hazırlanır - VİDEO

Bakı, Sumqayıt və Abşeron üçün seysmik xəritələr hazırlanır - VİDEO

Sumqayıtdakı bu xəstəxana boşaldılır - FOTOLAR

Sumqayıtdakı bu xəstəxana boşaldılır - FOTOLAR

ABŞ-dan rusiyalı diplomatlarla bağlı QADAĞA: Ölkəyə qoymadı...

ABŞ-dan rusiyalı diplomatlarla bağlı QADAĞA: Ölkəyə qoymadı...

"3000 manata qədərdirsə..." — Borc verənlərin nəzərinə

"3000 manata qədərdirsə..." — Borc verənlərin nəzərinə

Bakıda binada yanğın olub, 87 yaşlı qadının meyiti aşkarlanıb - VİDEO

Bakıda binada yanğın olub, 87 yaşlı qadının meyiti aşkarlanıb - VİDEO

Hacı Əliyev 35 illiyini QEYD ETDİ - VİDEO

Hacı Əliyev 35 illiyini QEYD ETDİ - VİDEO

Tramp Mertsi İranla bağlı dediklərinə görə TƏNQİD ETDİ: “Nədən danışdığını bilmir”

Tramp Mertsi İranla bağlı dediklərinə görə TƏNQİD ETDİ: “Nədən danışdığını bilmir”

Bakının İKİ RAYONUNDA qaz olmayacaq

Bakının İKİ RAYONUNDA qaz olmayacaq

Bu malların gömrükdən keçirilməsinə İCAZƏ verilməyəcək

Bu malların gömrükdən keçirilməsinə İCAZƏ verilməyəcək

Qızının çıxışı Dilarə Əliyevanı KÖVRƏLTDİ: “Məni atamın qəbrində basdırsınlar” - VİDEO

Qızının çıxışı Dilarə Əliyevanı KÖVRƏLTDİ: “Məni atamın qəbrində basdırsınlar” - VİDEO

İsrail hərbçiləri Livanda xilasetmə briqadasına hücum edib

İsrail hərbçiləri Livanda xilasetmə briqadasına hücum edib

Çin yanacaq ixracını bərpa etməyə hazırlaşır

Çin yanacaq ixracını bərpa etməyə hazırlaşır

Kadırovun qardaşı oğlunun Serbiya vətəndaşlığı ləğv edildi

Kadırovun qardaşı oğlunun Serbiya vətəndaşlığı ləğv edildi

"Siz hamınız şou-biznes adamısınız" - Vasif Məhərrəmlidən cavab

"Siz hamınız şou-biznes adamısınız" - Vasif Məhərrəmlidən cavab

Putin narahatdır: Rusiyada terror təhlükəsi riskləri artır

Putin narahatdır: Rusiyada terror təhlükəsi riskləri artır

Birinci sinfə qəbulla bağlı YENİLİK: Uşaqlar NƏLƏRİ bilməlidir?

Birinci sinfə qəbulla bağlı YENİLİK: Uşaqlar NƏLƏRİ bilməlidir?

İtaliya OPEC-dən çıxan BƏƏ-yə XƏBƏRDARLIQ etdi

İtaliya OPEC-dən çıxan BƏƏ-yə XƏBƏRDARLIQ etdi

Xəzərlə bağlı qorxulu iddialar YAYILDI - RƏSMİ CAVAB

Xəzərlə bağlı qorxulu iddialar YAYILDI - RƏSMİ CAVAB

End of content

No more pages to load

RADİO