“Ermənistanda aylardır gözlənilən parlament seçkisi arxada qaldı. Bu Ermənistanın müstəqillik tarixində seçicilərin ən az iştirak etdiyi seçki kimi tarixə düşdü. Belə ki, 2 ermənidən biri seçkiyə getməyib. Bəs niyə belə aşağı fəallıq olub? Bu Ermənistandakı keçmiş seçkilərin kütləvi saxtakarlıqla keçdiyinə işarədir”.
xa0
Moderator.az-ınxa0məlumatına görə, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ermənistandan keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrini şərh edərkən deyib.
xa0
O bildirib ki, keçmiş prezidentlər və hakim partiya administrativ rerursdan gen bol istifadə edir, seçki günü rəqəmləri şişirdirdi.
İndi isə seçki məntəqəsinə nə qədər seçici gəlib o qədərinin də statistikası aparılıb. Belə çıxır ki, əvvəlki illərdəki seçici passivliyi daha böyük miqyasda olub” - deyə E.Şahinoğlu qeyd edib.
xa0
Ekspertin fikrincə, Nikol Paşinyan siyasi həyata canlanma gətirdi, ancaq bu seçici marağını artırmadı.
xa0
“Buna baxmayaraq, Paşinyanın lideri olduğu partiyanın qələbə çaldığı aşkardır, o təkbaşına hökuməti formalaşdırmaq imkanı qazanacaq. 20 ildən sonra “Qarabağ klanı” rəsmən hakimiyyətdən uzaqlaşdırıldı. Paşinyan qısa müddət ərzində təkbaşına hökuməti formalaşdıracaq".
xa0
Politoloqun sözlərinə görə, qarşıda Paşinyanı 3 çətin vəzifə gözləyir.xa0
xa0
1. Dağlıq Qarabağ münaqişəsinin həllində addım atmasa cəbhə bölgəsində vəziyyət gərginləşəcək, üstəgəl Qarabağdakı girovlarımızın “hamının hamıya” dəyişdirilməsini uzada bilməyəcək;
2. İqtisadi islahatlar aparmaq üçün əlavə vəsaitə ehtiyac var, o biri tərəfdən də Ermənistanın artan xarici borc problemini həll etməlidir;
3. Xarici siyasət kursunu müəyyənləşdirməlidir, Rusiya və Qərb arasında vurnuxması Moskvanın xoşuna gəlmir, ancaq Qərbə yaxınlıq da Paşinyana xüsusi divident vəd etmir”.
xa0
Qeyd edək ki, Ermənistan Mərkəzi Seçki Komissiyası ötən günxa0 keçirilən erkən parlament seçkilərinin nəticələrini açıqlayıb.
xa0
Nəticələrə görə, hazırkı baş nazir səlahiyyətlərinin icra edən Nikol Paşinyanınxa0“Mənim addımım” bloku 70.43 faizlə (884456 səs)xa0qalib gəlib.
Seçkilərdə ikinci yerixa08.27 faizlə (103824 səs) "Çiçəklənən Ermənistan"partiyasının lideri (Qaqik Ttsarukyan) tutub.
Edmon Marukyanın lideri olduğuxa0"İşıqlı Ermənistan" partiyası isə səslərin 6.37 faizini (80024 səs)xa0toplamaqla üçüncü olub. xa0
xa0
Qeyd edək ki, hər iki partiya Nikol Paşinyanın müttəfiqidir.