Aİİ-nin tələbələri Avropa və Gürcüstan yəhudilərinin sinaqoqunda olublar

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri Avropa və Gürcüstan yəhudilərinin sinaqoqunda həftəlik “Şabat” mərasimində iştirak ediblər.

Aİİ rektoru Ceyhun Məmmədov tələbələrə Azərbaycanda yaşayan yəhudilər haqqında ümumi məlumat verib. O qeyd edib ki, Azərbaycan həmişə müxtəlif konfessiyaların, xalqların birgə yaşadığı, tolerantlığın yüksək səviyyədə qorunduğu ölkə olub. Vurğulanıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti bu gün Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Belə ki, ölkəmizdə bir çox dini ibadət ocaqları təmir və ya bərpa olunur, yeni dini təhsil müəssisələri yaradılır, dövlət tərəfindən dini qurumlara mütəmadi maliyyə vəsaiti ayrılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva bu sahəyə xüsusi diqqət göstərir.

Aİİ tələbələri həftəlik “Şabat” mərasimini izlədikdən sonra, Gürcü Yəhudilərinin Dini İcmasının ravvini yəhudiliyin inanc və ibadətləri, tolerantlıq və multikulturalizm kontekstində Azərbaycanda fərqli dinlərə etiqad göstərənlərin birlikdə yaşama təcrübəsi mövzularında gənclərin suallarını cavablandırıb.

Aİİ tələbələrin dünyagörüşünün formalaşdırılması, onların intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində silsilə tədbirlərini davam etdirir.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə yaradılan Azərbaycan İlahiyyat İnstitutunda İslamla yanaşı, Azərbaycanda yaşayan digər dinlərin nümayəndələrinin mədəniyyəti ilə bağlı araşdırmaların aparılması, gələcəkdə yəhudilik və xristianlıqla bağlı ixtisasların açılması planlaşdırılır
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Abituriyentlər sosial şəbəkələrdə manipulyasiya olunur

Abituriyentlər sosial şəbəkələrdə manipulyasiya olunur

Yük maşınlarının iştirakı ilə baş verən qəzaların əsas səbəbləri nədir? - VİDEO

Yük maşınlarının iştirakı ilə baş verən qəzaların əsas səbəbləri nədir? - VİDEO

İyul ayında bu bürcləri “qara günlər” gözləyir – Gözlənilməz hadisələr yaşanacaq...

İyul ayında bu bürcləri “qara günlər” gözləyir – Gözlənilməz hadisələr yaşanacaq...

Ora Aygün Kazımova ilə getmək istəyir - VİDEO

Ora Aygün Kazımova ilə getmək istəyir - VİDEO

Azərbaycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Azərbaycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Kimlərin sürətli qocalmağa meylli olduğu araşdırıldı

Kimlərin sürətli qocalmağa meylli olduğu araşdırıldı

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

“Qızım buna çox diqqət edir” - VİDEO

“Qızım buna çox diqqət edir” - VİDEO

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

46 yaşlı Gökhan nişanlandı - FOTO

46 yaşlı Gökhan nişanlandı - FOTO

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Kadir İnanır niyə 3 gün sonra dəfn olunur?

Kadir İnanır niyə 3 gün sonra dəfn olunur?

End of content

No more pages to load

RADİO