Qarabağ separatçılarının lideri Arayik Arutyunyan döyülüb.
Bizim.Media "Hraparak" qəzetinı istinadla xəbər verir ki, Arutyunyan general Arzumanyan tərəfindən döyülüb:
"Dünən səhər internetdə “Artsax” rəhbəri Arayik Arutyunyanın öldüyü, bəzi qrupların ondan intiqam aldığı, “Artsax”ın təslim edilməsinə razı olduğu barədə şayiələr yayıldı. Əlbəttə ki, gün ərzində bu xəbər inkar edildi.
Ancaq bizə xoşagəlməz bir hadisənin baş verməsi barədə məlumat daxil olub. Belə ki, məlum sənədin imzalanmasından sonra, “Artsax”ın hərbi-siyasi rəhbərliyi toplandıqda, “Müdafiə Ordusu”nun komandiri Mikael Arzumanyan hislərini cilovlaya bilməyib. O, Arayik Arutyunyanı vurub”-deyə qəzetdə qeyd edilir.
Bizim.Media