Bakıda sürücü komendant saatını pozub.
Bu barədə Bizim.Media-ya Bakı Şəhəri Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb:
“Noyabrın 12-si təxminən saat 02:30 radələrində "Koroğlu" metrostansiyasının yaxınlığında quraşdırılan və komendant saatının tətbiqinə nəzarət edən posta yaxınlaşan şəxs yoxlanış üçün polisin "saxla!" əmrinə tabe olmayaraq hadisə yerindən uzaqlaşıb".
"Bu səbəbdən polis avtomobilin təkərlərinə xəbərdarlıq atəş açmaq məcburiyyətində qalıb. Qaydanı pozan sürücü saxlanılıb və polis bölməsinə gətirilib”.
Bizim.Media