Rusiya Aerokosmik Qüvvələrinin Mi-8 və Mi-24 helikopterləri sülhməramlı əməliyyatda Dağlıq Qarabağdakı münaqişənin həlli üçün istifadə ediləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səkkiz döyüş maşını An-124 Ruslan hərbi nəqliyyat təyyarəsi ilə İrəvan hava limanına artıq çatdırılıb.
Mi-8 və Mi-24, sülhməramlı kontingentin şəxsi heyəti və əmlakının çatması çətin olan ərazilərə köçürülməsində iştirak edəcəkdir.
Bizim.Media