Ailə başçısını itirənlər bu halda zərərə görə kompensasiya TƏLƏB EDƏ BİLƏR

Ali Məhkəmə vahid məhkəmə təcrübəsini müəyyən edən daha bir qərar qəbul edib.

Bizim.Media xəbər verir ki, mübahisəli hüquqi məsələnin qısa məzmunu belədir ki, iddiaçının əri 31.08.2012-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölüb. Cavabdeh hüquqi şəxsin əməkdaşı hadisədə təqsirli bilinərək məhkum edilib.

Mərhumun himayəsində iddiaçı ilə nikahından doğulmuş yetkinlik yaşına çatmamış övladları olmuşdur.
 

10.04.2017-ci il tarixdə iddiaçıya 10.04.2022-ci il tarixədək ikinci dərəcə ilkin əlillik təyinatı aparılıb. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə başçısının itirilməsi nəticəsində vurulmuş 141.000 manat məbləğində pulun tutulmasını xahiş edib.


Məhkəmələr iddianın əsaslılığını yoxlayıb və həmin şərtlərin mövcudluğu təsdiq edilmədiyi üçün iddia rədd edilib. Bundan sonra iddiaçı kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

Mülki Məcəllənin 1121-ci maddəsində ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzini almaq hüququ olan şəxslərin dairəsi, o cümlədən bu hüququn yaranma və xitam olunma əsasları nəzərdə tutulub. Bu əsasla iddia irəli sürüldükdə ilk növbədə məhkəmə tərəfindən ölmüş şəxsin ailə başçısı, yəni ailənin dolanacaq xərclərini təmin etmiş yeganə şəxs olub-olmadığı müəyyən edilməli, bu müəyyən edildikdən sonra tələbin təmin edilməsi üçün digər əsasların mövcud olub-olmadığı yoxlanılmalıdır.

Arvadın ölmüş ərin himayəsində olan şəxs hesab edilməsi ilə bağlı hüquqi qiymətləndirmə Ailə Məcəlləsinin 84-cü maddəsindəki əsaslar nəzərə alınmaqla həyata keçirilməlidir.

Həmin normada ərin (arvadın) bir-birinə maddi cəhətdən kömək etməli olduqları müəyyən edilsə də, yalnız 84.2-ci maddədə qeyd edilmiş əsaslar olduqda (əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad) birinin digərindən aliment tələb etmək hüququ nəzərdə tutulub.
 

Nəzərə alınmalıdır ki, sadəcə  nikahda olma faktı və əmək qabiliyyətli arvadın (ərin) Ailə Məcəlləsinin 84-cü maddəsindəki əsaslar və digər üzrlü səbəblər olmadığı halda işləməyərək ərinin (arvadının) gəliri hesabına yaşaması MM-in 1121-ci maddəsinin tələbləri baxımından həmin şəxsin ölən ailə başçısının himayəsində olmuş şəxs kimi qiymətləndirilməsi üçün əsas ola bilməz.


Mübahisələndirilən məhkəmə qətnaməsindən görünür ki, məhkəmə iddianın əsaslı olub-olmadığını MM-in 1121.1.3-cü (ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi)  maddənin tələbləri baxımından yoxlamayıb, həmin normadakı əsasların mövcud olub-olmadığı araşdırılmayıb.

Həmin normaya əsasən, ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına qulluq etməklə məşğul olan və işləməyən arvad (ər) əmək qabiliyyətindən asılı olmayaraq bu normaya əsasən ailə başçısının ölümünə görə zərər tələb edə bilər. 1121.3.5-ci maddəyə əsasən bu halda zərər ölənin himayəsində olmuş uşaqları on dörd yaşına çatanadək hesablanmalı və tutulmalıdır.

1121.2-ci maddə isə bu normaya əsasən, zərərin əvəzinin ödənilməsini həmin şəxslərə qulluq qurtardıqdan sonra da tələb etmək hüququ verir.
 

Ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsi barədə iddia irəli sürülərkən iddia ərizəsində 1121-ci maddənin konkret bəndinə istinad edilib-edilməməsindən asılı olmayaraq məhkəmə tərəfindən  “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən həmin maddənin dispozisiyasında  nəzərdə tutulmuş  əsaslardan hər hansı birinin mövcud olub-olmadığı  tərəflərlə müzakirə edilməlidir.


Ali Məhkəmənin Mülki kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlib ki, kassasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilərək iş kassasiya instansiya məhkəməsinin göstərişləri nəzərə alınmaqla yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

MİQ-də toplanan bal maaşa təsir edir? - AÇIQLAMA

MİQ-də toplanan bal maaşa təsir edir? - AÇIQLAMA

Osman Gündüz: “Süni intellekt müəllimi tam əvəz edə bilməz”

Osman Gündüz: “Süni intellekt müəllimi tam əvəz edə bilməz”

Üç BÜRC yaxın gələcəkdə böyük xoşbəxtlik yaşayacaq

Üç BÜRC yaxın gələcəkdə böyük xoşbəxtlik yaşayacaq

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

End of content

No more pages to load

RADİO