Süni mayalanma ilə bağlı HƏYƏCAN TƏBİLİ – “Bacı-qardaş evliliyinə yol aça bilər”

Sonsuzluqdan əziyyət çəkən ailələr, cütlüklər çoxaldıqca, süni mayalanma yöntəmi ilə övlad sahibi olmaq istəyənlərin sayı getdikcə artır.

Övlad sahibi ola bilməyən cütlüklər bu yöndə apardıqları müalicələr nəticə verməyəndə son ümid kimi süni mayalanma yöntəminə üz tuturlar. Hər il bu tibbi metoda müraciət edənlərin də sayı az deyil.

Dövlət Statistika Komitəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 1939 qadın süni mayalanma etdirib.

Amma bu tibbi yöntəm ailələrə övlad sevinci bəxş etsə də, onun artımı ciddi narahatlıq doğurur. Mütəxəssislər bunun böyük təhlükələrə yol aça biləcəyindən əndişəlidirlər.

Başlıca səbəb kimi də “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanunun qəbulunun yubanması əsas gətirilir.

Bəs 20 ildən artıqdır ki, süni mayalanmanın tətbiq olunduğu ölkəmizdə bu qanunun yubanması hansı təhlükələr yaradır? Bu sahənin mütəxəssisləri tibbi prosedur zamanı hansı problemlərlə üzləşir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan tanınmış ginekoloq Rəşad Sultan bildirib ki, bu qanunun qəbulunun yubanması onların fəaliyyətindəki bir çox məsələlərlə bağlı sualları açıq saxlayır, boşluqlara yol açır. Eləcə də, bəzi tibbi prosedurlar onun reallaşmasına bağlıdır:
 

“Biz hazırda bir hüquqi prinsiplə işləyirik. Qanunla bir şey qadağan olunmayıbsa, demək, olar. Biz işləyirik, süni mayalanma edirik, buna daxil olan bir sıra prosedurları həyata keçiririk. Çünki qanunla qadağan olunmayıb. Hüquqşünaslar da sözümü təsdiq edər ki, bu yanaşma yanlış deyil. Amma bu, qanunla tənzim olunarsa, əlbəttə ki, daha yaxşı olar. Bunun üçün səbəb gətirməyə ehtiyac yoxdur və hamı mənim sözümlə razılaşar. Çünki işin içində bir tibbi prosedurlar var, dərman müalicəsi və müdaxilələr var. Bunun hüquqi və sosial tərəflər var. Yəni nəticədə cütlük bir övlad sahibi olur.


Məsələn, bu prosedurda kişinin razılığı olmalıdırmı, buna ehtiyac yoxdurmu? Rəsmi nikah şərtdirmi, yaxud buna ehtiyac yoxdurmu? Belə suallar var. Eyni zamanda vacib məqam - donorluq məsələsi var. Daşıyıcı analıq, qadın donorluğu, kişi donorluğu. Üstəlik preimplatiason genetik diaqnostika dediyimiz xromosom xəstəliklərinin və rüşeymlər ana bətninə qoyulmamışdan öncə genetik və xromosomal analizlər var. Bunların hamısının qanunla tənzimlənməsi lazımdır. Sonra cinsiyyət baxımı, hamiləlik baş tutduqdan sonra artmış risklər var.

Əlbəttə, bunların hamısı qanunla müəyyənləşməlidir.

Qanun olmadığı üçün bəzən bu suallarla qarşılaşırıq. Daha bir məqam, qanun qadağan etməsə də, biz daşıyıcı analıq yöntəmindən istifadə etmirik. Amma qanun icazə versə, edərik. Əmin şəkildə həyata keçirərik. Amma qanun olmadığı üçün, sırf etik səbəblərdən buna getmirik. Əlbəttə, bu qanun həm biz həkimlərə, həm də bu xidmətdən istifadə edəcək vətəndaşlarımıza lazımdır”.

Məsələnin ən təhlükəli tərəfi bir donordan övlad sahibi olmaq istəyən müxtəlif ailələrdə istifadə olunmasıdır. Bəzi klinikalar eyni şəxsin spermasından 10-20 ailə üçün istifadə edir. Bu isə gələcəkdə bilmədən bacı-qardaş evlənmələri kimi real genetik fəlakətlərə yol aça bilər"

Həkimin fikrincə, qanunu ən vacib edən məsələlərdən biri də məhz budur:

“Ən əsas məsələlərdən də biri budur. Mən donor məsələlərinin tənzimlənməsi deyəndə elə bunu nəzərdə tuturdum. Donor sayının tənzimlənməsi əlbəttə, bura daxildir. Bir qadın, yaxud kişi donorun bir neçə dəfə öz xidmətlərini təklif etməsi yolverilməzdir. Bu, sayla tənzimlənməlidir. Bu qanunla müəyyənləşməlidir ki, bir nəfər bir dəfədən, yaxud 3 dəfədən artıq donor olmasın”.

Qanunun qəbulu niyə yubanır? Bəs, bu qədər zəruri məqamları özündə ehtiva edəcək qanunun qəbulu niyə yubanır?

Qeyd edək ki, bu qanun 2013-cü ildə bəzi maddələri ictimai narazılıq doğurduğundan geri çağırılıb.

Məsələyə Bizim.Media-da aydınlıq gətirən millət vəkili Müşfiq Məmmədlinin fikrincə, bu qanun bir çox vacib məqamlar təhlil edilərək qəbul edilməlidir:

“Burda bir çox məsələlər var. Bizim istər milli mental dəyərlərimiz, yeni dəyərlərimiz baxımından ciddi analiz olunmalıdır. Burda donorluq, ehtiyat banklar məsələsi var. Ona görə də bu, bu yöndə müzakirələr gedir və ən dolğun, cəmiyyəti narahat etməyən variant alınmalıdır ki, ondan sonra bu məsələlər müzakirəyə çıxarılsın.  Çünki bu, çox aktual məsələdir. Tibb elmi, texnika sürətlə inkişad edir. Qanunvericilik də bu sürətə ayaq uydurmalıdır. Biz də çalışırıq ki, istər müvafiq qanunvericilik subyekti tərəfindən göndərilən, eləcə də gündəmə gətirilən qanun layihələri sürətlə müzakirə olunsun”.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

MİQ-də toplanan bal maaşa təsir edir? - AÇIQLAMA

MİQ-də toplanan bal maaşa təsir edir? - AÇIQLAMA

Osman Gündüz: “Süni intellekt müəllimi tam əvəz edə bilməz”

Osman Gündüz: “Süni intellekt müəllimi tam əvəz edə bilməz”

Üç BÜRC yaxın gələcəkdə böyük xoşbəxtlik yaşayacaq

Üç BÜRC yaxın gələcəkdə böyük xoşbəxtlik yaşayacaq

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

End of content

No more pages to load

RADİO