Ərzaq qiymətləri KƏSKİN UCUZLAŞACAQ – Bu TARİXDƏ

Dünya Bankı "Əmtəə Bazarlarına Baxış" hesabatının aprel buraxılışını dərc edib. Hesabatda qlobal əmtəə qiymətlərinin 2026-cı ildə son 6 ilin ən aşağı səviyyəsinə düşəcəyi proqnozlaşdırılıb.

Hesabatda bol neft hasilatı və zəif iqtisadi artım nəticəsində qlobal əmtəə qiymətlərinin 2020-ci ildən bəri görünməmiş səviyyələrə düşəcəyi gözlənilir. Qiymətlərin aşağı düşməsinin artan ticarət maneələrindən qaynaqlanan qısamüddətli inflyasiya risklərini azalda biləcəyi, eyni zamanda hər üç inkişaf etməkdə olan iqtisadiyyatdan ikisinin iqtisadi artım proqnozlarını zəiflədə biləcəyi qeyd edilib.

Hesabata görə, qlobal əmtəə qiymətlərinin 2025-ci ildə 12,4 faiz, 2026-cı ildə isə 4,8 faiz enəcəyi gözlənilir.

Bəs, dünya bazarındakı ucuzlaşma ölkəmizə necə təsir edəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Fuad İbrahimov deyir ki, Dünya Bankının bu hesabatı xoş xəbər kimi görünür:

“Amma unutmayaq ki, son 20 ildə dünyada və ölkəmizdə ərzaq məhsullarının qiymətində artımı müşahidə edilir. Bu artımı BMT-nin Ərzaq Təhlükəsizliyinə aid hesabatlarında da görmək olur.

Bu da təbii haldır. Çünki,dünyada əhali artır. Artan tələbat lazımınca ödənilməyəndə qıtlıq yaranır. Qıtlıq isə qiymət artımına təkan verir.

Digər tərəfdən dünya bazarında baş verənlərin daxili bazara təsiri üçün sağlam rəqabət olmalıdır. Bu gün qida məhsullarının əsas hissəsini idxal edirik. İdxalçı şirkətlərin sayı isə kifayət qədər azdır. Bazarda oyunçuların az olması rəqabəti zəiflədir. Ona görə də dünya birjalarında baş verən enmələr bizim bazara bir qayda olaraq təsirsiz qalır.

Bu yerli istehsalda da belədir.

Məsələn, 10 il əvvəl bir litir suyun qiyməti 60 qəpik civarında idi. İndi isə həmin sular 1 manatadır. Yəni təkcə idxal olunan məhsullar yox, yerli istehsal olan məhsulların da qiymətində kəskin artım var”.

Müsahibimiz onu da qeyd edib ki, son zamanlar ölkəmizdə iki məhsulun qiymətində eniş olub:

“Bunlardan biri çörəyin, digəri isə premium benzinin qiymətidir. Hər iki qiymət enişi isə hökumətin müdaxiləsi və yaxud tövsiyəsi ilə olub. Lakin dünya birjalarındakı qiymətlərə görə ölkəmizdə artım olsa da, eniş olmur. Necə deyərlər, “bir dəfə qalxan qiymət bir daha enmir”.

Bu tendensiyanın qarşısını almaq üçün daxili bazardakı oyunçuların sayını artırmalıyıq.

İstehsalçı və tədarükçü nə qədər çox olsa, bazarda daha güclü rəqabət olacaq. Güclü rəqabətsə məhsul bolluğuna və qiymət enişinə şərait yaradır. Ona görə də dünyada ərzaq qiymətlərinin enməsi ölkəmizə çox az təsir edə bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

MİQ-də toplanan bal maaşa təsir edir? - AÇIQLAMA

MİQ-də toplanan bal maaşa təsir edir? - AÇIQLAMA

Osman Gündüz: “Süni intellekt müəllimi tam əvəz edə bilməz”

Osman Gündüz: “Süni intellekt müəllimi tam əvəz edə bilməz”

Üç BÜRC yaxın gələcəkdə böyük xoşbəxtlik yaşayacaq

Üç BÜRC yaxın gələcəkdə böyük xoşbəxtlik yaşayacaq

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

End of content

No more pages to load

RADİO