Elmlər doktoru dərəcəsi LƏĞV OLUNUR?

Son vaxtlar sosial şəbəkədə elmlər doktoru dərəcəsinin ləğvi, elmi təhsilin birpilləli olması ilə bağlı müzakirələr gedir. Bəzi elm adamları bu sahədə islahat aparılmasını zəruri hesab edir və ikipilləli təhsilin gərəksiz olduğunu bildirirlər.

Maraqlıdır, bu məsələ reallaşa bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Elnarə Akimova bildirib ki, bu barədə uzun müddətdir müzakirələr gedir və müxtəlif fikirlər səsləndirilir:

“Deyilir ki, elmi müdafiə birpilləli olsun. Mən də bunun tərəfdarıyam. Məncə də alimlərimizi belə formal məsələlərdən kənarda saxlamaq daha yaxşı olardı. Amma hələlik bu məsələ söz olaraq qalır. Parlamentdə müzakirə olunması ilə bağlı hələlik bir fikir yoxdur”.

Deputatın fikrincə, burda bir məqama xüsusi diqqət etmək lazımdır:

“Elmlər doktoru adını almaq üçün indiyədək nə qədər müdafiə edənlər olub. Onların böyük zəhməti, əziyyəti var. Bu elə-belə qazanılan bir şey deyil təbii... Bundan sonrakı mərhələ üçün bu haqda düşünmək, digər ölkələrdəki kimi müdafiənin birpilləli olmasını təmin etmək olar. Alim ondan sonra öz yazısını yazsın, tədqiqatını aparsın, araşdırmasını ortaya qoysun".

E.Akimova qeyd edib ki, o və həmkarları bu məsələni Elm və Təhsil Komitəsinin iclaslarında bir neçə dəfə gündəmə gətiriblər:

"Çünki bu mövzuda mənə də xeyli sual ünvanlayırlar. Mən də, Sevinc xanım Fətəliyeva da komitə iclaslarında bu haqda dəfələrlə danışmışıq . Bildirmişik ki, alimlər bu məsələ ilə bağlı narahatdırlar, buna aydınlıq gətirilməlidir. Elə Akademiyada mənə ən çox ünvanlanan suallardan biri budur. Hətta müdafiə prosesində olanlar, elmlər doktorluğu üzrə iş götürənlər bilmirlər işlərinə köklənsinlər, ya yox.

Çünki burda həm də texniki məsələlərdən söhbət gedir. Sözsüz ki, alimin əsəri onun qazancıdır. Araşdırma aparıb sonunda bir kitab çıxarır. Amma müdafiə prosesinin texniki tərəfləri də var. Xaricdə kitab çap etdirmək, filan qədər xarici ölkə resurslarında elmi məqalələr çıxarmaq, müzakirələr, rəylərin alınması və s. Belə şeylər alimi yorur. Ona görə də bu məsələ bir çaşqınlıq yaradır. Məncə, məsələ ilə bağlı birmənalı qərar çıxarıb bütün nigaranlıqlara son qoymaq yaxşı olar ”.

“Müzakirə mövzusu deyil”

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İskəndərov isə bu məsələnin ümumiyyətlə, gündəmdə olmadığını bildirib:

“Elmlər doktoru dərəcəsinin ləğvi və müdafiənin birpilləli olması yönündə heç yerdə müzakirə getmir. Jurnalistlər bunu yazırlar. Amma konkret olaraq hansı dövlət qurumunda bu məsələ müzakirə olunur, belə bir şey yoxdur. Bir də elmlər doktoru dərəcəsinin ləğv edilməsi harda müzakirə oluna bilər? Belə bir şey yoxdur və bu haqda düşünməyə də ehtiyac yoxdur.

Parlamentdə də belə müzakirə gedə bilməz. Parlament qanunverici orqandır. Kimsə elmi dərəcə alıbsa, elmlər doktorudursa, bir vəzifəsi varsa, parlament bu məsələni müzakirə eləmir ki?!

Ümumiyyətlə isə gələcəkdə "Ali təhsil haqqında" qanun qəbul olunacaqsa, orada bəli, doktoranturanın ikipilləli yox, birpilləli olması məsələsi müzakirə oluna bilər. Sonra o layihə qanun şəklinə çevrilə bilər. Ancaq sizin dediklərinizin heç biri nə Milli Məclisdə müzakirə olunur, nə də başqa qurumların bu məsələ ilə söz deməyə hüququ, haqqı var”.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

MİQ-də toplanan bal maaşa təsir edir? - AÇIQLAMA

MİQ-də toplanan bal maaşa təsir edir? - AÇIQLAMA

Osman Gündüz: “Süni intellekt müəllimi tam əvəz edə bilməz”

Osman Gündüz: “Süni intellekt müəllimi tam əvəz edə bilməz”

Üç BÜRC yaxın gələcəkdə böyük xoşbəxtlik yaşayacaq

Üç BÜRC yaxın gələcəkdə böyük xoşbəxtlik yaşayacaq

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

End of content

No more pages to load

RADİO