“Mənə yenidən etimad göstərərək Ali qanunvericilik orqana təqdimatla müraciət etdiyinə görə Prezidentə öz adımdan və prokurorluq orqanları əməkdaşları adından təşəkkür edirəm”.
Bizim.Media xəbər verir ki, bunu yenidən Baş prokuror təyin olunmasına Milli Məclis tərəfindən razılıq verilən Kamran Əliyev parlamentdə çıxışı zamanı deyib.
O, namizədliyini dəstəkləyən Milli Məclis üzvlərinə də minnətdarlığını ifadə edib.
Günay Şahmar, Bizim.Media