1 May – Beynəlxalq Əmək Günü – Hansı ölkələrdə necə QEYD OLUNUR?

Bu gün Beynəlxalq Əmək Günüdür. Bəzi ölkələrdə 1 mayı fərqli şəkildə: Dünya Fəhlələrinin Həmrəylik günü, Dünya Zəhmətkeşlərinin Həmrəylik günü, Əmək günü, Beynəlmiləlçilik günü, Əmək və Bahar günü və s. adlarla qeyd edirlər.

Bu gün üçün bəzi ölkələrdə fərqli adətlər var. Məsələn, 1 mayda Fransada qızlara zanbaq gülü hədiyyə edilir. İtaliyada isə gül festivalı keçirilir. Almaniyada bayram münasibətilə yarmarkalar açılır. Həmin yarmarkalarda sakinləri rəqs və digər əyləncələrlə qarşılayırlar. İsveçdə isə mayın 1-də isveçlilər evdən çıxardıqları tullantıları yandırırlar.

Bundan əlavə, Rusiyada 1 may Əmək və bahar bayramı, Finlandiyada tələbələrin bahar karnavalı kimi qeyd edilir. 1996-cı ildən Qazaxıstanda 1 may tarixi xalqın birlik bayramı elan olunub. İngiltərədə həmin gün milli paltar geyinən sakinlər rəngli lentlər bağlanmış dirəklərin ətrafında rəqs edərək dünyaya sülh və əmin-amanlıq arzulayırlar. Belarusda, Qırğızıstanda, Çində, Şri-Lankada 1 may əmək bayramı adı ilə qeyd olunur.

Mayın 1-də nə olub?

Tarixi reallıq bundan ibarətdir ki, ilk dəfə 1856-cı ildə Avstraliyada 8 saatlıq iş gününün tətbiq edilməsi ilə bağlı bayramın qeyd olunması ortaya atılıb. Bu ölkədə yerli işçilər artıq toplantı və əyləncə ilə əlaqədar səkkiz saatlıq iş gününün lehinə nümayiş olaraq bir günlük özlərini tamamilə işdən azad etməyi qərara alıblar.
 

Avstraliyalı əməkçilərin bu nümunəsini daha sonra amerikalılar təkrarlayıb. Belə ki, 1 may 1886-cı ildə bütün sənaye mərkəzlərində - Nyu-York, Çikaqo, Filadelfiya və Baltimorda 200 mindən çox işçi boykota başlayıb. Çikaqoda 80 min fəhlə haqları olan “8 saatlıq iş günü” tələbi altında sıx sıralarla möhtəşəm yürüş keçirib.


1889-cu ilin iyulunda Parisdə toplanan II İnternasionalın 1-ci Konqresində 1 may tarixi dünya zəhmətkeşlərinin birlik, mübarizə günü olaraq qəbul edilib. Hər ilin 1 may tarixini mitinqlər, aksiyalar və boykotlarla qeyd etmək qərarı alınıb.

Sovet İttifaqında bu bayram ən möhtəşəm səviyyədə keçirilirdi. Mayın 1-də şəhərlərdə böyük nümayişlər keçirilər, möhtəşəm bayram əhval-ruhiyyəsi hökm sürərdi. Peşəsində fərqlənən əməkçilərə mükafatlar, fəxri adlar verilər, Sovet İttifaqının paytaxtına - Moskvaya dünyanın bütün ölkələrindən dəvət olunan qonaqlara sosializmin nəyə qadir olduğu nümayiş etdirilərdi.

1 mayı hansı ölkələr bayram kimi qeyd edir?

Dünyanın 100-dən artıq ölkəsində bu gün ictimai bayram kimi, 70-ə yaxın ölkəsində isə dövlət səviyyəsində rəsmi bayram günü olaraq qeyd edilir. Onların arasında Rusiya, İspaniya, Portuqaliya, Yunanıstanı qeyd etmək olar. Xüsusən də Çin, Şimali Koreya, Vyetnam, Kuba, Venesuela, Bolivyada bu bayram kütləvi şəkildə qeyd olunur. ABŞ və Yaponiyada 1 may bugünkü tarixdə deyil, başqa təqvimdə qeyd edilir.

Əksər 1 may nümayişləri dinc şəkildə və insidentsiz başa çatsa da, bəzən planlı qarşıdurmalar da yaradılır. Bəzi ölkələrdə bayram günü nümayişə çıxan işçilərin qanı tökülür. İndiyə kimi 1 may nümayişlərində 1000-dən çox insan öldürülüb.

Azərbaycanda 1 may necə qeyd edilir?

Azərbaycanda ilk dəfə 1919-cu ildə işçilər 1 May bayramı qeyd ediblər. Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə ADR hökuməti bu bayramda fəal iştirak edib. Onlar bu bayramın sinfi qarşıdurma yaradan amil kimi qiymətləndirilməsini rədd edirdilər. AXC-nin süqutundan sonra da bu gün bayram kimi qeyd edilib.
 

Belə ki, 1920-ci ildən başlayaraq, 1 May Azərbaycanda da rəsmi bayram günü kimi qeyd olunub. Bu bayram günündə rəsmi paradlar, qəbullar və el gəzintiləri olub. İnsanlar bu gündə təbiət qoynuna çıxıblar. Təsadüfi deyil ki, İsmayıllı rayonunda məşhur “may dərəsi” var. 1 mayda qonşu rayonlardan insanlar bura axışır təbiət qoynunda gözəl bir gün keçirirdilər. Bakılılar üçünsə “mayovka”nın ünvanı indiki Qara Qarayev metrosunun Bakıxanov qəsəbəsinə tərəf hissəsindəki hündür ərazi idi. 1 mayda şəhər sakinləri bu əraziyə axışıb, burada gözəl və şən bir gün keçirirdilər.


Lakin 1992-ci ildə sabiq prezident Əbülfəz Elçibəyin göstərişi ilə 1 Mayın rəsmi səviyyədə qeyd edilməsinə son qoyulub. Səbəb kimi isə sovet ideologiyasının atributlarından bu bayramın biri olduğu göstərilib.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İldırım zamanı harada gizlənmək təhlükəlidir? – Fizik qorunmağın elmi yollarını izah etdi

İldırım zamanı harada gizlənmək təhlükəlidir? – Fizik qorunmağın elmi yollarını izah etdi

MİQ-də toplanan bal maaşa təsir edir? - AÇIQLAMA

MİQ-də toplanan bal maaşa təsir edir? - AÇIQLAMA

Osman Gündüz: “Süni intellekt müəllimi tam əvəz edə bilməz”

Osman Gündüz: “Süni intellekt müəllimi tam əvəz edə bilməz”

Üç BÜRC yaxın gələcəkdə böyük xoşbəxtlik yaşayacaq

Üç BÜRC yaxın gələcəkdə böyük xoşbəxtlik yaşayacaq

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

End of content

No more pages to load

RADİO