Mayın 1-də yerli vaxtla saat 07:47-də Ermənistanda 2,8 maqnitudalı zəlzələ olub.
Bizim.Media xəbər verir ki, yeraltı təkanlar Göyçə mahalında (Qeqarkunik vilayəti), Qavar şəhərindən 13 km cənub-şərqdə baş verib.
Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Zəlzələ Ermənistanın bir sıra rayon və kəndlərində, həmçinin Azərbaycanın sərhəd bölgələrində hiss olunub.
Bizim.Media