"Bu sərəncam peşəkar jurnalistikaya xidmət edən şəxslərin əməyininin qiymətləndirilməsinə kömək edəcək" - Əli Vəliyev

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev, milli mətbuatımızın 150 illik yubileyinin geniş şəkildə qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Bu sərəncam, həm keçmişin dəyərləndirilməsi, həm də jurnalistikanın gələcək inkişafına yönələn mühüm bir addımdır. Sərəncama əsasən, Azərbaycan Prezidentinin Administrasiyasına, Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası ilə birgə yubiley tədbirlərinin hazırlanması və həyata keçirilməsi tapşırılıb.

Azərbaycan mətbuatının təməli 1875-ci ildə Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə qoyulduğu gündən yalnız informasiya vasitəsi deyil, həm də maarifçilik hərəkatının mərkəzinə çevrildi.

“Əkinçi”dən başlanan bu yol, sonrakı illərdə “Ziya”, “Kaspi”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallarla davam edərək cəmiyyətin sosial və mədəni həyatında dönüş nöqtələri yaratdı.
 

Ulu Öndərin hakimiyyətə gəlməsi ilə jurnalistikada yeni bir dövr başladı. Senzuranın ləğvi, özəl media qurumlarının yaranması və informasiya məkanının genişlənməsi söz və fikir azadlığına şərait yaratdı. Müstəqil qəzetlər, televiziya kanalları və daha sonra internet mediası yaranaraq cəmiyyətin informasiya tələbatını qarşılamağa başladı.


Bu gün Azərbaycan jurnalistikası özünün ən böyük dönüş nöqtələrindən birini yaşayır. Sosial media platformaları, onlayn xəbər portalları və mobil jurnalistika informasiya istehsalı və yayımında yeni meyarlar formalaşdırır. Bu çağırışlara cavab olaraq Azərbaycan jurnalistləri də texnoloji imkanlardan istifadə etməyə, peşəkarlıq səviyyəsini artırmağa və etik normalara daha sıx bağlı qalmağa çalışırlar.

Prezident İlham Əliyevin sərəncamı ilə Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası və digər qurumlarla birlikdə 150 illik yubileyin yüksək səviyyədə qeyd olunması, jurnalistlərin əməyinə verilən dəyəri göstərir. İlham Əliyevin bu sərəncamı biz gənclərə daha böyük enerji ilə çalışmağa sövq edir.

Bu sərəncam mediada əməyi olan, peşəkar jurnalistikaya xidmət edən adamların da əməyininin qiymətləndirilməsinə kömək edəcək.
 

Azərbaycan jurnalistikası keçmişin işığında gələcəyə inamla baxır. 150 illik tarixi ilə bu sahə artıq bir peşədən çox, bir missiyadır – cəmiyyətə xidmət etmək, haqqı demək, qərəzsiz olmaq və düzgün maarifləndirmək. Hazırda bu missiya üzərində mediada təmsil olunan hər kəsin, xüsusilə gənclərin üzərinə böyük məsuliyyət düşür.


Gələcəyin mediası dürüst, müstəqil, məsuliyyətli və bilavasitə jurnalistika ilə bağlı olan şəxslər üzərində qurulmalıdır. Bu isə keçmişə dəyər verərək gələcəkdə jurnalistikamızın daha da peşəkar olmasına gətirib çıxaracaq.

Əli Vəliyev

Manşet.az xəbər portalının baş redaktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İldırım zamanı harada gizlənmək təhlükəlidir? – Fizik qorunmağın elmi yollarını izah etdi

İldırım zamanı harada gizlənmək təhlükəlidir? – Fizik qorunmağın elmi yollarını izah etdi

MİQ-də toplanan bal maaşa təsir edir? - AÇIQLAMA

MİQ-də toplanan bal maaşa təsir edir? - AÇIQLAMA

Osman Gündüz: “Süni intellekt müəllimi tam əvəz edə bilməz”

Osman Gündüz: “Süni intellekt müəllimi tam əvəz edə bilməz”

Üç BÜRC yaxın gələcəkdə böyük xoşbəxtlik yaşayacaq

Üç BÜRC yaxın gələcəkdə böyük xoşbəxtlik yaşayacaq

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

End of content

No more pages to load

RADİO