Azərbaycanda qadınların iş vaxtı 2 saat AZALDILIR?

Rusiyada 1 may 2025-ci il tarixindən qadınların iş saatının kişilərə nisbətən 2 saat azaldılması qərarı qəbul edilib. Bu təşəbbüs qadınların sosial rifahını artırmaq, ailə və iş həyatları arasında tarazlığı qorumaq, demoqrafik inkişafı dəstəkləmək məqsədi daşıyır.

Bəs sözügedən qərarın Azərbaycanda da tətbiq olunma ehtimalı var?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən əmək münasibətləri üzrə ekspert Ağa-Musa Səfiyev bildirir ki, ilk növbədə Azərbaycanda hüquqi bazaya nəzər yetirmək lazımdır:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda sahibkar qadınların sayı AÇIQLANDI – Ən çox bu sahələrdə fəaliyyət göstərirlər – ARAŞDIRMA


“Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən (maddə16), əmək münasibətlərində bərabərlik prinsipi tətbiq edilir. Cinsiyyətə görə ayrı-seçkiliyə yol verilmir və əmək hüquqları bərabər əsaslarla tənzimlənir.

Hazırkı qanunvericilikdə yalnız xüsusi hallar (hamiləlik dövrü, azyaşlı uşaqlara qulluq, ağır və zərərli işlərdə çalışma) üçün qadınların iş saatlarının azaldılması nəzərdə tutulur”, - deyə ekspert bildirib.

Bütün qadınların iş saatlarının sistemli şəkildə azaldılması üçün isə Əmək Məcəlləsinə və əlaqəli qanunvericiliyə dəyişikliklər edilməlidir deyən Ağa-Musa Səfiyev qeyd edib ki, indiki vəziyyətdə qadınların iş saatının azaldılması prosesinin tətbiqi zamanı mütləq bu tədbirlərin görülməsi və nəticələrin üzə çıxması nəzərə alınmalıdır:

“Öncəliklə hüquqi baxımdan müvafiq qanun dəyişiklikləri hazırlanmalı və gender bərabərliyi prinsipi qorunmalıdır. Eyni zamanda iqtisadi baxımdan işəgötürənlərə əlavə xərclər yüklənə bilər və işçi qüvvəsi yenidən təşkil edilməlidir. Sosial baxımdan isə qadınların ailə həyatına və şəxsi inkişafına daha çox vaxt ayırmaq imkanları arta bilər və demoqrafik göstəricilərə müsbət təsir edə bilər”, - deyə ekspert diqqətə çatdırıb.

Ekspertin fikrincə, qısaldılmış iş həftəsi və çevik iş rejimi tətbiq olunmaqla uzaqdan işləmə imkanları genişləndirilməsi, əlavə ödənişli məzuniyyət günlərinin verilməsi,  işçi və işəgötürən arasında razılaşma əsasında fərdi qrafiklərin yaradılması kimi alternativ yanaşmalar təşkil edilə bilər:

“Qeyd olunan tətbiq dövlət sektorunda  mərhələli olmalı, xidmətlərin fasiləsizliyinə təsir etməməlidir. Özəl sektorda isə işəgötürənlər dövlət tərəfindən dəstək proqramları əsasında könüllü əsasda dəyişikliklərə gedə bilər. Lakin nəzərə almaq lazımdır ki, bu zaman işçi xərcləri, resurs çatışmazlığı və istehsalın azalması riskləri yarana bilər. Buna görə tətbiq könüllü və güzəştli yanaşmalar üzərində qurula bilər”.

Ağa-Musa Səfiyev onu da əlavə edib ki, belə bir təşəbbüsdən əvvəl dövlət qurumları, həmkarlar ittifaqları, işəgötürən birlikləri və qeyri-hökumət təşkilatlarının iştirakı ilə geniş ictimai müzakirələr aparılsın.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:16 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:16 iyulda baş vermiş tarixi hadisələr

Salyanın üzüm bağlarında göbələk xəstəlikləri yayıldı - VİDEO

Salyanın üzüm bağlarında göbələk xəstəlikləri yayıldı - VİDEO

İldırım zamanı harada gizlənmək təhlükəlidir? – Fizik qorunmağın elmi yollarını izah etdi

İldırım zamanı harada gizlənmək təhlükəlidir? – Fizik qorunmağın elmi yollarını izah etdi

MİQ-də toplanan bal maaşa təsir edir? - AÇIQLAMA

MİQ-də toplanan bal maaşa təsir edir? - AÇIQLAMA

Osman Gündüz: “Süni intellekt müəllimi tam əvəz edə bilməz”

Osman Gündüz: “Süni intellekt müəllimi tam əvəz edə bilməz”

Üç BÜRC yaxın gələcəkdə böyük xoşbəxtlik yaşayacaq

Üç BÜRC yaxın gələcəkdə böyük xoşbəxtlik yaşayacaq

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

End of content

No more pages to load

RADİO