"Abzas Media" baş redaktor axtarır- Leyla Mustafayeva niyə kənarlaşdırıldı?

Təsisçisi və baş redaktoru qaçaqmalçılıqda ittiham olunaraq həbs edilmiş "Abzas Media"ya yeni rəhbər axtarışlarına başlanılıb.

Bizim.Media Lent.az-a istinadən xəbər verir ki, Gürcüstanda yaşayan, Qərbin "beyinyuma mərkəzi" kimi tanınan GİPA-da təhsil almış, müxtəlif layihələrdə çalışmış azərbaycanlı qadının baş redaktor, Avropa ölkələrindən birində yaşayan digər bir şəxsin isə donorlarla əlaqələndirici təyin olunması gözlənilir.

Leyla Mustafayeva ilə yollar ayrılır...

Qeyd edək ki, 2023-cü ilin noyabrında Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə)  ittiham olunan təsisçi Ülvi Həsənlinin, baş redaktor Sevinc Vaqifqızının və bəzi digər əməkdaşların həbsindən sonra "Abzas Media"nın idarəçiliyində ciddi problemlər yaranıb. 2024-cü ilin fevralında jurnalist Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva baş redaktor vəzifəsinə gətirilsə də, o, sosial media layihəsinin fəaliyyətini yenidən təşkil etməyi bacarmayıb.

Əsas problem: maliyyə mənbəyi

Hazırda bu layihə ilə bağlı əsas problem ifşa olunmuş maliyyələşmə mexanizmini yenidən qurmaqdır. 

Məlumata görə, "Abzas Media"nın əsl sahibləri etibarlı maliyyələşmə təşkil etmək üzərində baş sındırır. Onlar Gürcüstan yolu bağlandığı üçün Avropa banklarının imkanlarından istifadə etmək barədə düşünürlər. 

Qeyd edək ki, mediada yayılmış məlumatlara görə, Abzas Media, Toplum TV və digər bu kimi layihələrin maliyyələşdirilməsi üçün vəsaitlər Gürcüstanda nağlaşdırılıb, daha sonra qeyri-qanuni yolla Azərbaycana göndərilib. Vəsaitlərin nağdlaşdırılması üçün "adsız kartlar" dan da istifadə olunub. Bu prosesdə Gürcüstanın TBC bankının adı daha çox hallanıb. Bu mexanizm ifşa olunduqdan sonra maliyyə axını dayandırılıb və əvvəlki dövrdə pulları qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirən və bunu təşkil edən şəxslərin bir qismi həbs olunub. 

Ülvi Həsənlinin həyat yoldaşının mükafat cəhdi

"Abzas Media" ilə bağlı daha bir xəbər isə bu layihənin təsisçisi olan Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyevanın "Abzas Media"nın xaricdəki idarəçilərindən mükafat fondu 60 min avro olan İnsan Hüquqları üzrə Vatslav Havel mükafatının ərinə verilməsi üçün hərəkətə keçməyi  tələb etməsidir. Mükafatın Ülvi Həsənliyə hansı fəaliyyətinə görə veriləcəyi bəlli olmasa da, məlum olan odur ki, Qərbdə Azərbaycana qarşı kampaniya təşkil edənlər dayanmaq niyyətində deyillər. Onlar yaratdıqları dezinformasiya şəbəkəsinin yaşaması üçün bütün mənbələr və vasitələrdən istifadə edirlər.

"İnternews" şəbəkəsi yenidən fəallaşdırmaq cəhdi

Daha bir məlumat isə son dövrlər Qərbin Azərbaycandakı müxtəlif layihələrinin maliyyələşməsində fəallığı ilə seçilən və bu işlərin arxasında duran "İnternews" şəbəkəsinin yenidən fəallaşması ilə bağlıdır. 

"İnternews"in USAİD vasitəsilə maliyyələşdiyi və yerlərdə, o cümlədən də Azərbaycanda müxtəlif layihələri dəstəklədiyi bəllidir. Lakin Tramp Administrasiyası tərəfindən USAİD-in "qol-qanadı sındırıldığından" bir çox təşkilatlar kimi, "İnternews"in də maliyyə durumu zəifləyib.

Qurum  Avropada özünə yeni donor axtarır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:16 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:16 iyulda baş vermiş tarixi hadisələr

Salyanın üzüm bağlarında göbələk xəstəlikləri yayıldı - VİDEO

Salyanın üzüm bağlarında göbələk xəstəlikləri yayıldı - VİDEO

İldırım zamanı harada gizlənmək təhlükəlidir? – Fizik qorunmağın elmi yollarını izah etdi

İldırım zamanı harada gizlənmək təhlükəlidir? – Fizik qorunmağın elmi yollarını izah etdi

MİQ-də toplanan bal maaşa təsir edir? - AÇIQLAMA

MİQ-də toplanan bal maaşa təsir edir? - AÇIQLAMA

Osman Gündüz: “Süni intellekt müəllimi tam əvəz edə bilməz”

Osman Gündüz: “Süni intellekt müəllimi tam əvəz edə bilməz”

Üç BÜRC yaxın gələcəkdə böyük xoşbəxtlik yaşayacaq

Üç BÜRC yaxın gələcəkdə böyük xoşbəxtlik yaşayacaq

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

End of content

No more pages to load

RADİO