Xəstəxanalardakı sıxlığa deputatdan REAKSİYA: “Adi soyuqdəyməyə görə də müraciət edirlər”

Hazırda Azərbaycanda demək olar ki, xəstəxana və poliklinikalarda sıxlıq yaşanır. Bu sıxlığı aradan qaldırmaq üçün səhiyyə sistemində bir müddət əvvəl elektron növbənin tətbiqinə başlanıldı. Lakin, ötən dövrdə bir milyona yaxın insan E-TƏBİB tətbiqini yükləsə də bundan istədiyi qədər faydalana bilmir. Çünki elektron növbə yalnız 2 tibb müəssisəsində tətbiq edilib.

Bu da təbii ki, haqlı narazılıq və narahatlıq yaradır.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli deyir ki, E-TƏBİB proqramının geniş şəkildə tətbiqi heç də asan məsələ deyil:

“Bunun üçün yeni avadanlıqlar və tətbiqlər lazımdır. Ən əsası bu proqramının geniş auditoriyada tətbiqi üçün güclü maliyyə vəsaiti gərəkdir. Bildiyim qədəri ilə Bakıdadkı “Yeni klinika”da və Abşeron rayonunda bir tibb müəssisəsində elektron növbə tətbiq edilir.

Həm lazım olan avadanlıqların, həm də lazım olan proqramların yazılmasının qiyməti kifayət qədər böyük rəqəmdir. Ona görə də bütün tibb müəssisələrində elektron növbənin tətbiqi zaman alacaq. Bəli, mən də hesab edirəm ki, bu prosesi sürətləndirmək lazımdır. Qısa zamanda proses başa çatdırılmalıdır. Amma bu ləngimənin obyektiv səbəblər var”.

Müsahibimiz hesab edir ki, tibb müəssisələrində növbə sıxlığı elektron növbə ilə aradan qalxmayacaq:

“Növbə sıxlığını azltmaq üçün ilk növbədə xidmətlərin şaxələndirilməsinə, özəl sektorun bu məsələyə daha aktiv şəkildə qoşulmasına nail olmalıyıq. İlkin tibbi xidməti gücləndirməliyik. Bəzən insanlar adi soyuqdəyməyə, hansısa xırda patologiyaya görə xəstəxanaya müraciət edirlər. Halbuki ilkin tibbi xidmətdə bu məsələ öz həllini tapa bilər. Bax, bu cür məsələlər öz həllini tapsa, həm növbə sıxlığı aradan qaldırılar, həm də elektron növbədən səmərəli istifadə edilə bilər”.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İldırım zamanı harada gizlənmək təhlükəlidir? – Fizik qorunmağın elmi yollarını izah etdi

İldırım zamanı harada gizlənmək təhlükəlidir? – Fizik qorunmağın elmi yollarını izah etdi

MİQ-də toplanan bal maaşa təsir edir? - AÇIQLAMA

MİQ-də toplanan bal maaşa təsir edir? - AÇIQLAMA

Osman Gündüz: “Süni intellekt müəllimi tam əvəz edə bilməz”

Osman Gündüz: “Süni intellekt müəllimi tam əvəz edə bilməz”

Üç BÜRC yaxın gələcəkdə böyük xoşbəxtlik yaşayacaq

Üç BÜRC yaxın gələcəkdə böyük xoşbəxtlik yaşayacaq

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

End of content

No more pages to load

RADİO