Evlənənlərin DİQQƏTİNƏ – Nikah müqaviləsi məcburi OLACAQ?

Son illərdə boşanma hallarının artması, ailə münasibətlərində hüquqi tənzimləmələrə olan ehtiyacı daha da ön plana çıxarır. Evlənərkən bir-birinə sonsuz etibar edən cütlüklər ayrılma mərhələsində alimentdən tutmuş, hədiyyələrə, hətta gündəlik məişət əşyalarına qədər hər bir detal üzrə mübahisə yaşayırlar. Halbuki nikahdan əvvəl bağlanacaq sadə bir müqavilə – nikah müqaviləsi – bu cür xoşagəlməz halların qarşısını ala, hər iki tərəfin hüquqlarını əvvəlcədən qoruma altına ala bilər.

Bir çox ölkədə geniş şəkildə tətbiq olunan bu hüquqi mexanizmə Azərbaycanda isə hələ də ehtiyatla yanaşılır və tərəflərin çoxu belə bir addımı atmaqdan çəkinir. Bəs nikah müqaviləsi bağlamağa nəyə görə laqeyd yanaşırıq və bu müqavilənin cəmiyyətimizdə normal qəbul olunması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Bizim.Media – ya danışan psixoloq Fərqanə Mehmanqızı bildirib ki, Azərbaycan şərq ölkəsi olduğu üçün insanlar daha çox hisslərə və emosiyalara üstünlük verirlər. Onlar üçün sənədlərin əhəmiyyəti yoxdur:
 

MÖVZU İLƏ BAĞLI:

Ötən il nə qədər cütlük nikah müqaviləsi BAĞLAYIB? – Özəl AÇIQLAMA 


“Mediasiyada cütlüklərə bu barədə məlumat verirlər. Deyirlər ki, evlənərkən müqavilə bağlayın və şərtlərinizi orada açıq şəkildə bildirin. Bu, gələcəkdə tərəflərin öz hüquqlarını müdafiə etməsi baxımından düzgün mövqedir. Lakin insanlar evləndikdə "ayrılacam" düşüncəsi ilə ailə qurmaq istəmir. Ona görə də müqavilə kimi məsələlərlə ehtiyatlı davranırlar. Qarşı tərəfi, özünü incitməmək üçün nikah müqaviləsinə soyuqqanlı yanaşırlar. Bəzi məsələlər  insanların xarakterinə, münasibətlərinə aiddir. Nikah müqaviləsini hamı imzalanmalıdır demək reallıqdan kənara çıxmaqdır. Bizim ölkədə bəzi insanlar cehiz, başlıqpulu kimi məsələlər barədə danışmağı ayıb hesab edir”.

Psixoloq qeyd edib ki, adət-ənənəmizdə əvvəllər nikah müqaviləsi bir qədər fərqli formada mövcud olub:

“Milli dəyərlərimizdə qadının hüquqları qorunur.  Ancaq ailə dəyərlərimiz, mənəvi bağlılıqda nikah müqaviləsi, həm cəmiyyət, həm də tərəflər arasında doğru anlaşılmaya bilir. Bunun üçün zaman lazımdır. Bəlkə də  maarifləndirmə işləri aparılsa, bizim üçün adiləşər. Bu da kifayət qədər vaxt tələb edən baxış bucağıdır",- deyə o fikrini yekunlaşdırıb.

Ayşən Rəhim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:16 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:16 iyulda baş vermiş tarixi hadisələr

Salyanın üzüm bağlarında göbələk xəstəlikləri yayıldı - VİDEO

Salyanın üzüm bağlarında göbələk xəstəlikləri yayıldı - VİDEO

İldırım zamanı harada gizlənmək təhlükəlidir? – Fizik qorunmağın elmi yollarını izah etdi

İldırım zamanı harada gizlənmək təhlükəlidir? – Fizik qorunmağın elmi yollarını izah etdi

MİQ-də toplanan bal maaşa təsir edir? - AÇIQLAMA

MİQ-də toplanan bal maaşa təsir edir? - AÇIQLAMA

Osman Gündüz: “Süni intellekt müəllimi tam əvəz edə bilməz”

Osman Gündüz: “Süni intellekt müəllimi tam əvəz edə bilməz”

Üç BÜRC yaxın gələcəkdə böyük xoşbəxtlik yaşayacaq

Üç BÜRC yaxın gələcəkdə böyük xoşbəxtlik yaşayacaq

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

End of content

No more pages to load

RADİO