Bakıda ICESCO-nun regional ofisinin rəsmi açılış mərasimi olub - FOTO

Aprelin 29-da Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ICESCO-nun Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin rəsmi açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.

Həmçinin tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki, elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli, Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstanın Azərbaycandakı səfirləri, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və Azərbaycanda akkreditə olunmuş digər ölkələrin səfirləri, Azərbaycanın ictimai-siyasi xadimləri iştirak ediblər.
 

ICESCO-nun Bakı ofisinin rəhbəri Abdulhakeem Alsenan bu tarixi əhəmiyyətli tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirib.


Sonra tədbirdə çıxış edən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki deyib:

“Bu gün biz burada, ICESCO-nun yeni regional ofisinin açılışını qeyd edirik, uzun müddətdir arzuladığımız bir xəyala nəfəs veririk. Bu, əlaqələr qurmaq, əməkdaşlıq etmək arzusu və müdriklik, bilik və ortaq məqsədlə qurulmuş gələcəklə bağlı bir xəyaldır. Burada - əsrlər boyu sivilizasiyaların qovuşduğu yer və sülhün beşiyi olan Bakının mərkəzində təhsil, elm, mədəniyyət və kommunikasiyanın, müasirliyin və adət-ənənənin harmoniya içində qovuşduğu bir mərkəz olacaq regional ofisin açılışında iştirak edirik”.

Bu regional ofisin Azərbaycana və Mərkəzi Asiyanın ICESCO-nun üzvü olan dövlətlərinə xidmət göstərəcəyini, regionun digər ölkələrinə də öz töhfəsini verməklə yanaşı, əməkdaşlıq və mükəmməllik ruhunu təşviq edəcəyini vurğulayan Salim bin Məhəmməd əl-Maliki deyib:

“Əziz dostlar, bu nailiyyət heç də təsadüfən əldə edilməyib. Bu, həqiqi liderliyin, aydın baxışın və daha yaxşı gələcəyə olan davamlı sadiqliyin bəhrəsidir. Parlaq müdrikliyi və biliyin qüdrətinə olan dərin inamı hamımız üçün bir işıq kimi saçan lider, Zati-aliləri Prezident İlham Əliyevə səmimi minnətdarlığımızı bildiririk. Onun davamlı dəstəyi bu baxışı reallaşdırıb. Həmçinin Zati-aliləri, ICESCO-nun xoşməramlı səfiri, təhsilə, mədəniyyətə və insanlığa olan sevgisi ilə bu layihənin reallaşmasına təkan verən Birinci vitse-prezident Mehriban Əliyevaya da minnətdarlığımızı bildiririk.

Bu gün fəxri qonaq qismində tədbirə qoşulan Zati-aliləri Leyla xanıma və Arzu xanıma bizi hörmətlə qarşıladıqlarına və ICESCO ilə Heydər Əliyev Fondu arasında əməkdaşlığın həqiqi çempionu olduqlarına görə xüsusi olaraq səmimi minnətdarlığımızı bildiririk”.

Bu ofisin xüsusi bir ofis olacağını vurğulayan Salim bin Məhəmməd əl-Maliki qeyd edib:
 

“Bu ofis fərqli şəkildə fəaliyyət göstərəcək. Fərqli ideyalara sahib olacaq. O, məqsədlərinə fərqli şəkildə çatacaq. O, üzv dövlətlərimizlə möhkəm əməkdaşlıq ruhu ilə döyünən, təhsil, mədəniyyət, elm, kommunikasiya sahələrində yeni tərəfdaşlığın ritmlərini əks etdirən canlı bir ürək olacaq.


ICESCO-nun strateji məqsəd və vəzifələrini inkişaf etdirməklə yanaşı, Bakı ofisi ətraf mühitimizi müdrikliklə və təcili olaraq qorumaq, bəşəriyyətə xidmət etmək üçün süni intellekti daha da inkişaf etdirmək, diqqəti sabahın memarları olan gənclərimizə yönəltmək və dəyərli irsimizin, kimliyimizin ruhunun qorunub saxlanılması kimi məqsədlərə xidmət edəcək. Bu ofisdə ilhamverici layihələr və yeni ideyalar yaradılacaq. Burada ölkələr və nəsillər arasında əlaqələri möhkəmləndirən bağlar yaranacaq.

Biz ICESCO olaraq bu mərkəzi xəyallarla, müdrikliklə və biliklə qurmağı seçirik. Bu yeni regional ofis xəyalpərəstləri, o cümlədən bunun reallaşmasını mümkün edən liderləri ləyaqətə, biliyə, mədəniyyətə, sülhə və xüsusilə də gələcəyin formalaşmasında birgə işləməyə çağıran, onlara bələdçilik edən, yollarını işıqlandıran bir mayak olacaq. Sizi bir daha əmin edirəm ki, bu ofis kökü müdriklik, budaqları sülh, meyvələri gələcək nəsillərə ümid mirası olan qüdrətli bir ağacın toxumu olacaq”.

Daha sonra tədbirdə ICESCO-nun yaranma tarixi, Azərbaycanla qurulan ikitərəfli əlaqələr barədə videoçarx nümayiş olunub.

Sonda Leyla Əliyeva ofisin xatirə kitabına ürək sözlərini yazıb.


















































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:16 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:16 iyulda baş vermiş tarixi hadisələr

Salyanın üzüm bağlarında göbələk xəstəlikləri yayıldı - VİDEO

Salyanın üzüm bağlarında göbələk xəstəlikləri yayıldı - VİDEO

İldırım zamanı harada gizlənmək təhlükəlidir? – Fizik qorunmağın elmi yollarını izah etdi

İldırım zamanı harada gizlənmək təhlükəlidir? – Fizik qorunmağın elmi yollarını izah etdi

MİQ-də toplanan bal maaşa təsir edir? - AÇIQLAMA

MİQ-də toplanan bal maaşa təsir edir? - AÇIQLAMA

Osman Gündüz: “Süni intellekt müəllimi tam əvəz edə bilməz”

Osman Gündüz: “Süni intellekt müəllimi tam əvəz edə bilməz”

Üç BÜRC yaxın gələcəkdə böyük xoşbəxtlik yaşayacaq

Üç BÜRC yaxın gələcəkdə böyük xoşbəxtlik yaşayacaq

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

End of content

No more pages to load

RADİO