“Tarixi və mədəni abidələrin bərpasının iş adamlarına həvalə edilməsi təklif olunub”.
Bizim.Media xəbər verir ki, bu təkliflə deputat Səyyad Salahlı parlamentin bugünkü iclasında çıxış edib.
O bildirib ki, abidələrin sonrakı taleyi ilə bağlı narahatlıq keçirməliyik:
“Abidələri pasportlaşdırırıq, bəs onların sonrakı aqibəti nolacaq? Mədəni, tarixi abidələrə ciddi nəzarət yoxdur. Abidələri bərpa etmək üçün onları iş adamlarına vermək lazımdır. Bu abidələr milli mənsubiyyətimiz, özümüzün tarixidir. “Qorxma mən səninləyəm” filmi çəkilən abidənin vəziyyəti indi necədir? Ümumiyyətlə bunların sonrakı taleyi ilə bağlı narahat olmalıyıq”.
Günay Şahmar, Bizim.Media