Himn qalmaqalı BÖYÜYÜR - Sözlərini Əhməd Cavad yazmayıb – ŞOK İDDİA - FOTO

Azərbaycan Respublikasının Dövlət Himninin müəllifi ilə bağlı mübahisə və müzakirələr yenidən gündəmə gəlib.

Tədqiqatçı, fiologiya elmləri doktoru, professor Asif Rüstəmli iddia edir ki, himnimizin sözləri Əhməd Cavada deyil, Cəmo bəy Cəbrayılbəyliyə məxsusdur. O, bu barədə özünün “Cəmo bəy Cəbrayılbəyli: Həyatı və yaradıcılığı” kitabında yazıb və bir neçə faktlar da ortaya qoyub.

Kitabda yazılır:
 

“Cəmo bəy Cəbrayılbəylinin 1918-ci ildə yazdığı “Vətənim” şeirinin ərəb qrafikası ilə ilk əlyazma versiyasını onun bacısı nəvəsi Gülsüm Əfəndizadə 1967-ci il 6 iyul tarixində Cəmo bəyin həyat yoldaşı Şəfiqə Cəbrayılbəyliyə yadigar olaraq göndərib. “Vətənim” şeiri Azərbaycan Dövlət Himninin (cüzi redaktə işi istisna olunmaqla) mətni ilə eynidir. Gülsüm Əfəndizadənin ərəb qrafikası ilə “Vətənim” şeirinin 1967-ci il əlyazma nüsxəsinin orijinalı monoqrafiya müəllifinin arxivindədir. Himn sözlərinin müəllif kimliyi haqqında müxtəlif araşdırıcılar tərəfindən 4 versiya irəli sürülüb:


1. Cəmo bəy Cəbrayılbəyli, 2. Əhməd Cavad, 3. Üzeyir Hacıbəyli, 4. Cəmo bəy Hacınski. Araşdırmalar nəticəsində əldə etdiyimiz bütün sənədlər, arxiv materialları, arqumentlər, faktlar və sağlam məntiq himn 233 mətninin Cəmo bəy Cəbrayilbəyliyə aid olduğunu təsdiqləyir. Digər versiyalar haqqında əsaslandırılmış faktlar olmadığı üçün müsbət fikir söyləmək mümkünsüzdür. Cəmo bəyin böyük bacısının oğlu, Nüsrət Əfəndizadənin qızı, Ağaəli Nasehin nəvəsi Gülsüm Əfəndizadənin C.Cəbrayılbəyliyə həsr etdiyi “Mərhum dayım Cəmo bəyə” adlı şeiri və Şəfiqə xanım Cəbrayılbəyliyə (Cəmo bəyin həyat yoldaşı-A.R.) əski əlifba ilə  surətini köçürərək ünvanladığı Cəmo bəyin “Vətənim” şeiri var idi. “Vətənim” şeirinin sonunda Gülsüm xanım ərəb qrafikası ilə yazıb: “Müəllifi - əzizimiz, çox hörmətə layiq və 227 malik, mərhum Cəmo bəy Cəbrayılzadədir. Yazılıbdır 1918- minci sənədə, Bakı şəhərində”.

Mövzu ilə bağlı tədqiqatçı Asif Rüstəmli ilə əlaqə saxladıq.

Professor Bizim.Media- ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə, cəmiyyətdə bu barədə fikir yürüdənlər və danışanların tədqiqatlardan xəbəri yoxdur və müzakirələr elmdən kənar aparılır:

“Şifahi nitqdə deyilən bəzi sözləri, fikirləri təhrif edirlər. Baxıram ki, demədiyim və yazmadığım sözləri mənə aid edib, tərsinə şərh edirlər. Mən Cəmo bəy Cəbrayılbəylinin həyatı və yaradıcılığı barədə kitab yazmışam. Uzun illər tədqiqat aparıb, əlyazmasını əldə edib fikir yürütmüşəm. Onun hər cümləsinin də arxasında dayanıram.

Sosial şəbəkələrdə müzakirəyə qoşulan və fikir yürüdənlərin əksəriyyətinin kitabdan xəbəri yoxdur. İstəyərdim ki, onu oxuduqdan sonra danışsınlar. Mən real faktlarla işləyirəm. Kiminsə sözü, mülahizəsi mənim üçün fakt ola bilməz. Bu mövzu barədə obyektiv fikir bildirmək üçün kitabımı oxumaq lazımdır. Heç nədən xəbəri olmayanlar mübahisə edirlər. Bütün sənədlər kitabda mövcuddur. Elmi işlə məşğulam, yazdığım bütün müddəaların arxasında dayanıram”, - deyə o vurğulayıb.

Ayşən Rəhim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakının dörd rayonunda işıq kəsiləcək – ÜNVANLAR

Bakının dörd rayonunda işıq kəsiləcək – ÜNVANLAR

Bu sevgi mahnısı bütün zamanların əsl məşhur hitinə çevrildi (VİDEO)

Bu sevgi mahnısı bütün zamanların əsl məşhur hitinə çevrildi (VİDEO)

İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı

İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı

İrandan SƏRT CAVAB – Dörd ölkədəki ABŞ bazaları hədəf alındı – VİDEO

İrandan SƏRT CAVAB – Dörd ölkədəki ABŞ bazaları hədəf alındı – VİDEO

Məktəblərdə böyük dəyişiklik elan edildi: sentyabrdan başlayır – Detallar

Məktəblərdə böyük dəyişiklik elan edildi: sentyabrdan başlayır – Detallar

ABŞ-dan İrana AĞIR ZƏRBƏLƏR – Strateji obyektlər belə vuruldu – VİDEO

ABŞ-dan İrana AĞIR ZƏRBƏLƏR – Strateji obyektlər belə vuruldu – VİDEO

“Qarabağ” darmadağınla növbəti mərhələyə yüksəldi – VİDEO

“Qarabağ” darmadağınla növbəti mərhələyə yüksəldi – VİDEO

BİZİM TƏQVİM: 17 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 17 iyulda baş vermiş tarixi hadisələr

Bu 4 BÜRCÜ sevgi və pulda uğur gözləyir

Bu 4 BÜRCÜ sevgi və pulda uğur gözləyir

Ana və qızı eyni anda məzun oldular: "Mən onun qədər çox oxumamışam" - VİDEO

Ana və qızı eyni anda məzun oldular: "Mən onun qədər çox oxumamışam" - VİDEO

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

Biləsuvarda ağır yol qəzası: Ölən var

Biləsuvarda ağır yol qəzası: Ölən var

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

End of content

No more pages to load

RADİO