“Putyovka” almaq istəyənlərin nəzərinə - YENİ QAYDA

Azərbaycanda vətəndaşlar üçün yollayışların (putyovka) verilməsi prosesinin yeni qaydası müəyyənləşib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən bununla bağlı müvafiq qərar verilib.

Artıq bir müddətdir yollayışların verilməsi prosesinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsinə başlanılıb. Belə ki, vətəndaşlar yollayış üçün telefonla və ya birbaşa "Kurort" Turizm İnformasiya Mərkəzinə müraciətlər edirlər.

Müraciət zamanı vətəndaşın şəxsiyyət vəsiqəsi məlumatları, sosial statusuna dair məlumatlar, iş yeri, getmək istədiyi sanatoriya və tarix barədə məlumatlar reyestr bazasına daxil edilir.

Məlumatların emalı zamanı iş yeri və üzvlük məlumatları AHİK-in müvafiq üzv təşkilatları tərəfindən yoxlanılır, yollayış barədə məlumatlar isə müvafiq sanatoriya və ya istirahət mərkəzi tərəfindən təsdiq edilir.

Vətəndaşlar yollayışların verilməsi qaydasına əsasən, imtiyazlı və ya 15% dəyərini ödəməklə yollayışla təmin edilir. Sonra yollayışın verilməsi proseduru həyata keçirilir.

Qeyd edək ki, indiyədək vətəndaşlar istirahət və müalicə üçün iş yerlərindəki müvafiq həmkarlar təşkilatına müraciət edərək putyovka ala bilirdilər.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 nömrəli və 2021-ci il 23 dekabr tarixli 406 nömrəli Qərarlarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sanatoriya-kurort yollayışları ilə təmin edilməsi üçün aşağıda qeyd olunan şəxslər imtiyazlı şəxslər hesab edilirlər:

İşləməyən əlilliyi olan şəxslər;

18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar;

II Dünya Müharibəsinin iştirakçıları;

Şəhid ailəsi statusu almış ailənin üzvü olan işləməyən şəxslər;

Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsində iştirak etmiş işləməyən vətəndaşlar;

Qəyyumun (himayəçinin) ailəsində, dövlət və qeyri-dövlət müəssisələrində təlim-tərbiyə olunan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

Fövqəladə hallarda insanların xilas edilməsində və tibb yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlar.

Yollayışın əldə edilməsi məqsədilə imtiyazlı şəxslər yaşayış yeri üzrə Sosial Xidmətlər Agentliyinin struktur bölməsinə, "DOST" mərkəzlərinə və ya "Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edirlər.

Bundan əlavə, şəhid ailələri, əlillik statusu olanlar, 1-ci qrup əlilləri müşayiət edən şəxslər, müharibə iştirakçıları ödənişsiz olaraq yollayışla təmin edilirlər. (iqtisadiyyat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bəzi rayonlara yağış yağıb, güclü külək əsib – FAKTİKİ HAVA

Bəzi rayonlara yağış yağıb, güclü külək əsib – FAKTİKİ HAVA

Hibrid avtomobil almaq istəyənlərin DİQQƏTİNƏ

Hibrid avtomobil almaq istəyənlərin DİQQƏTİNƏ

Oğuzhan Uğur SAXLANILDI

Oğuzhan Uğur SAXLANILDI

Netanyahunun ABŞ-a səfəri TƏXİRƏ SALINDI

Netanyahunun ABŞ-a səfəri TƏXİRƏ SALINDI

Sürücü bəzi hallarda qarşıdakı avtomobili sağdan ötə bilər - Qanun nə deyir? – VİDEO

Sürücü bəzi hallarda qarşıdakı avtomobili sağdan ötə bilər - Qanun nə deyir? – VİDEO

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır

İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır

Azərbaycan UEFA reytinqində liderdir! -Əla başlanğıc…

Azərbaycan UEFA reytinqində liderdir! -Əla başlanğıc…

Aşpazlar badımcanı qızartmazdan əvvəl bunu edir: Acılıq yox olur

Aşpazlar badımcanı qızartmazdan əvvəl bunu edir: Acılıq yox olur

DİQQƏT! Bakının iki rayonunda qaz olmayacaq

DİQQƏT! Bakının iki rayonunda qaz olmayacaq

Suda bitən ÖMÜRLƏR - Bu yayın 21 FACİƏSİ – ARAŞDIRMA

Suda bitən ÖMÜRLƏR - Bu yayın 21 FACİƏSİ – ARAŞDIRMA

“Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq

“Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq

Bakının dörd rayonunda işıq kəsiləcək – ÜNVANLAR

Bakının dörd rayonunda işıq kəsiləcək – ÜNVANLAR

Bu sevgi mahnısı bütün zamanların əsl məşhur hitinə çevrildi (VİDEO)

Bu sevgi mahnısı bütün zamanların əsl məşhur hitinə çevrildi (VİDEO)

İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı

İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı

İrandan SƏRT CAVAB – Dörd ölkədəki ABŞ bazaları hədəf alındı – VİDEO

İrandan SƏRT CAVAB – Dörd ölkədəki ABŞ bazaları hədəf alındı – VİDEO

Məktəblərdə böyük dəyişiklik elan edildi: sentyabrdan başlayır – Detallar

Məktəblərdə böyük dəyişiklik elan edildi: sentyabrdan başlayır – Detallar

ABŞ-dan İrana AĞIR ZƏRBƏLƏR – Strateji obyektlər belə vuruldu – VİDEO

ABŞ-dan İrana AĞIR ZƏRBƏLƏR – Strateji obyektlər belə vuruldu – VİDEO

“Qarabağ” darmadağınla növbəti mərhələyə yüksəldi – VİDEO

“Qarabağ” darmadağınla növbəti mərhələyə yüksəldi – VİDEO

BİZİM TƏQVİM: 17 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 17 iyulda baş vermiş tarixi hadisələr

Bu 4 BÜRCÜ sevgi və pulda uğur gözləyir

Bu 4 BÜRCÜ sevgi və pulda uğur gözləyir

Ana və qızı eyni anda məzun oldular: "Mən onun qədər çox oxumamışam" - VİDEO

Ana və qızı eyni anda məzun oldular: "Mən onun qədər çox oxumamışam" - VİDEO

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

End of content

No more pages to load

RADİO