Gəncədə bir ailənin 5 üzvünün xiyardan zəhərlənməsi faktı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən regional bölməsi tərəfindən məsələ nəzarətə götürülüb.
Bu açıqlamanı AQTA-nın Mətbuat Xidmətinin katibi İlkin Kərimov Bizim.Media-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirib.
Qeyd olunub ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Əlavə məlumat veriləcək.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu