Aprelin 16-sı baş vermiş təbii fəlakət Qubanın dağ kəndlərini təkcə yol infrastrukturu ilə imtahana çəkməyib, elektrik enerjisi sisteminin iflic vəziyyətinə düşməsi və köklü zərbə alması Söhüb-Xınalıq istiqamətində yerləşən onlarla kəndi qaranlığa qərq edib.
Elektriklər həmin gündən bərpa işlərinə başlasalar da, Xınalıq istiqamətində yerləşən kəndlərə hələ işıq verilməyib. Hazırda Haput, Cek, Əlik, Buduq, Qrız, Qəley-Xudat, Bostankeş və Xınalıq kəndləri bir həftədən çoxdur işıqsızdır.
Problemlə bağlı Quba elektrik şəbəkəsindən Bizim.Media-ya bildirilib ki, bərpa işləri bu günlərdə başa çatacaq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu