Xanım sərnişinə əxlaqsız təkliflər edən taksi sürücüsü HƏBS EDİLDİ

Bakıda xanım sərnişinə qarşı xuliqanlıq hərəkətləri etmiş taksi sürücüsü inzibati məsuliyyətə cəlb edilib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində baş verib.

Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə müraciət edən şikayətçi “Bolt” tətbiqi vasitəsilə çağırdığı taksi sürücüsünün yol boyu ona əxlaqsız təkliflər etdiyini deyib.

Şikayətlə bağlı araşdırmalar aparılıb və YB dövlət qeydiyyat seriyalı avtomobilin1976-cı il təvəllüdlü sürücüsü A.Məhərrəmov (şərti) saxlanılıb. Onun barəsində inzibati protokol tərtib edilib və Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə təqsirləndirilən şəxs sərnişinlə yolda söhbət etdiyini, ona spirtsiz içki təklif etdiyini, lakin əxlaqsız təkliflər etmədiyini deyib:

“Şirkətə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul oluram. Hadisə günü saat 14 radələrində “Port Baku” istiqamətindən Vaqif prospekti istiqamətinə sifariş qəbul etdim. Xanım sərnişin arxa oturacaqda əyləşdi. Ondan hara gedəcəyini soruşdum, rus dilində gedəcəyi ünvanı dedi, daha sonra adını soruşdum, adının Yana olduğunu bildirdi. Ona rus dilində nə gözəl adı olduğunu dedim. Daha sonra həmin xanım su istədiyini bildirərək marketdə saxlamağı xahiş etdi.

Avtomobildə olan “Bizon” adlı spirtsiz içkini təklif etsəm də, xanım adi su istədiyini bildirdi.

Yaxınlıqdakı marketdə avtomobili saxladım, özü düşərək su alıb qayıtdı. Sifariş verilmiş ünvana çatdıqda xanım borcunun nə qədər olduğunu soruşdu, ona ödənişin kartla olduğunu bildirdim.

Lakin hər hansı bir əxlaqsız təklif etməmişəm. Polisə dəvət olunarkən çox əsəbi olduğum üçün səs tonumu yüksəltmişəm, əlavə ifadələrdən istifadə etmişəm. Buna görə polis əməkdaşlarından üzr istəyirəm”.

Şikayətçi tərəf məhkəməyə gəlmədiyindən onun ərizəsi araşdırılıb.

Məhkəmə 49 yaşlı sürücünün 15 sutkalıq inzibati həbs edilməsinə qərar verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bəzi rayonlara yağış yağıb, güclü külək əsib – FAKTİKİ HAVA

Bəzi rayonlara yağış yağıb, güclü külək əsib – FAKTİKİ HAVA

Hibrid avtomobil almaq istəyənlərin DİQQƏTİNƏ

Hibrid avtomobil almaq istəyənlərin DİQQƏTİNƏ

Oğuzhan Uğur SAXLANILDI

Oğuzhan Uğur SAXLANILDI

Netanyahunun ABŞ-a səfəri TƏXİRƏ SALINDI

Netanyahunun ABŞ-a səfəri TƏXİRƏ SALINDI

Sürücü bəzi hallarda qarşıdakı avtomobili sağdan ötə bilər - Qanun nə deyir? – VİDEO

Sürücü bəzi hallarda qarşıdakı avtomobili sağdan ötə bilər - Qanun nə deyir? – VİDEO

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır

İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır

Azərbaycan UEFA reytinqində liderdir! -Əla başlanğıc…

Azərbaycan UEFA reytinqində liderdir! -Əla başlanğıc…

Aşpazlar badımcanı qızartmazdan əvvəl bunu edir: Acılıq yox olur

Aşpazlar badımcanı qızartmazdan əvvəl bunu edir: Acılıq yox olur

DİQQƏT! Bakının iki rayonunda qaz olmayacaq

DİQQƏT! Bakının iki rayonunda qaz olmayacaq

Suda bitən ÖMÜRLƏR - Bu yayın 21 FACİƏSİ – ARAŞDIRMA

Suda bitən ÖMÜRLƏR - Bu yayın 21 FACİƏSİ – ARAŞDIRMA

“Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq

“Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq

Bakının dörd rayonunda işıq kəsiləcək – ÜNVANLAR

Bakının dörd rayonunda işıq kəsiləcək – ÜNVANLAR

Bu sevgi mahnısı bütün zamanların əsl məşhur hitinə çevrildi (VİDEO)

Bu sevgi mahnısı bütün zamanların əsl məşhur hitinə çevrildi (VİDEO)

İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı

İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı

İrandan SƏRT CAVAB – Dörd ölkədəki ABŞ bazaları hədəf alındı – VİDEO

İrandan SƏRT CAVAB – Dörd ölkədəki ABŞ bazaları hədəf alındı – VİDEO

Məktəblərdə böyük dəyişiklik elan edildi: sentyabrdan başlayır – Detallar

Məktəblərdə böyük dəyişiklik elan edildi: sentyabrdan başlayır – Detallar

ABŞ-dan İrana AĞIR ZƏRBƏLƏR – Strateji obyektlər belə vuruldu – VİDEO

ABŞ-dan İrana AĞIR ZƏRBƏLƏR – Strateji obyektlər belə vuruldu – VİDEO

“Qarabağ” darmadağınla növbəti mərhələyə yüksəldi – VİDEO

“Qarabağ” darmadağınla növbəti mərhələyə yüksəldi – VİDEO

BİZİM TƏQVİM: 17 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 17 iyulda baş vermiş tarixi hadisələr

Bu 4 BÜRCÜ sevgi və pulda uğur gözləyir

Bu 4 BÜRCÜ sevgi və pulda uğur gözləyir

Ana və qızı eyni anda məzun oldular: "Mən onun qədər çox oxumamışam" - VİDEO

Ana və qızı eyni anda məzun oldular: "Mən onun qədər çox oxumamışam" - VİDEO

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

End of content

No more pages to load

RADİO