Puldan pul qazanmağın YOLLARI - FOTO

Nəyə sərmayə qoysam, daha çox qazana bilərəm? Bu sual daim aktuallığını qoruyur.

Məsələ burasındadır ki, məbləğindən asılı olmayaraq yığımın investisiyaya çevrilməsi vəsaitləri inflyasiyadan qorumaqla yanaşı gəlir də vəd edir.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, bu baxımdan bir neçə ildir gözəçarpan qiymət artımlarının olduğu daşınmaz əmlak sektoru, xüsusilə mənzillər diqqəti cəlb edir.

Belə ki, rəsmi statistikaya görə, təkcə 2024-cü ildə ölkədə mənzillərin qiyməti əvvəlki illə müqayisədə 10 faizə yaxın artıb. 2025-ci ilin birinci rübündə isə qiymət artımı illik müqayisədə 14,4 faizə yüksəlib. Ümumilikdə, 2020-ci ilin sonundan 2024-cü ilin eyni dövrünə qədərki müddətdə mənzillərin qiymətində orta hesabla 32,4 faiz artım olub.

Bu o deməkdir ki, mənzillərə edilən yatırım sahiblərinə sözügedən dövrdə orta hesabla qeyd edilən səviyyədə gəlir gətirib. Mənzili alıb kirayə verənlər isə şübhəsiz ki, daha çox gəlir əldə edib.



Qeyd edilənlər ölkə üzrə orta göstəriciləri əks etdirir. Bakı şəhərində mənzillərin qiyməti digər regionlarla müqayisədə kəskin fərqləndiyi kimi, paytaxtda qiymətlərin artım səviyyəsi də ölkə üzrə olan göstəricidən fərqlənir. Məsələn, 2019-cu ildə metronun “Neftçilər” stansiyasının yaxınlığında “Xruşov” və ya “Minsk” layihəli 1 otaqlı orta təmirli mənzilin qiyməti 50 min manat idisə, hazırda bu qiymət 90-100 min manat arasında dəyişir.

Başqa sözlə, həmin vaxt belə mənzili alıb onu minimum 300 manatdan kirayəyə vermiş şəxs indiyədək əmlakın dəyərində ikiqat qazancla yanaşı, 21 min manatdan yuxarı məbləğdə də kirayəhaqqı əldə etmiş olur.

Əhalinin passiv gəlir əldə etmələri üçün ən çox üz tutduğu daha bir vasitə isə bank əmanətləridir. Hazırda banka manatla əmanət yerləşdirməklə illik 12 faizədək gəlir əldə etmək olar.

Ölkə qanunvericiliyinə görə, belə əmanətlərin (illik 12 faizədək) 100 min manatadək olan hissəsi sığortalanır. Həmçinin şəxsin hər bir bankda milli valyutada əmanətə görə aylıq faiz gəlirinin 200 manatadək hissəsi vergidən azaddır. Əmanət bankda 18 ay və daha yuxarı müddətə yerləşdirildikdə isə faiz gəlirinin tam hissəsi vergiyə cəlb olunmur.

Bu o deməkdir ki, 100 min manatı illik 12 faizlə banka qoyan şəxs 12 aydan sonra 12 min manat gəlir əldə etmiş olar.



Göründüyü kimi, hər iki passiv investisiya aləti gəlirliliyinə görə biri-birindən fərqlənir. Mənzillərin qiymətinin son illərdə daha çox artması və kirayə imkanı onu bank əmanətlərindən daha cəlbedici edir. Lakin mənzilə investisiya etmək üçün daha çox vəsait tələb olunur. Banka kiçik məbləğli əmanət də yerləşdirmək mümkündür. Eyni zamanda, mənzillərin qiymətinin növbəti ildə nə qədər artacağı məlum deyil. Bank əmanətlərində isə illik gəlirlilik əvvəlcədən müəyyən olunur.
 

Həmçinin mənzilin pula çevrilməsi zaman və gəlir itkisinə səbəb ola bilər. Mənzilə yatırılan vəsaitin hətta kiçik bir hissəsini belə geri götürmək üçün onu satmaq lazım olur. Bank əmanətlərində isə vəsaiti tam formada götürməyə ehtiyac yaranmır. Bundan başqa, əmanətdən fərqli olaraq mənzillərin alqı-satqı əməliyyatları, eyni zamanda, kirayəsindən əldə olunan gəlir vergiyə cəlb edilir.




Əmanət gəlirləri isə uzunmüddətli dövrü əhatə etmir (əmanət müqavilələri əsasən adətən 36 ayadək müddətə bağlanır). Müddət bitdikdən sonra əmanət ya bankın təklif etdiyi aşağı faizlə yenidən orada saxlanılır, ya da geri götürülür.

Təbii ki, passiv gəlir alətləri daşınmaz əmlak və bank əmanətləri ilə yekunlaşmır. Lakin mövcud şəraitdə imkanların geniş olması və etibarlılığı baxımından qeyd edilən alətlər aktuallığını qoruyur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Metro və avtobuslarda əlavə gedişhaqqı ödənişlərinin çıxılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Metro və avtobuslarda əlavə gedişhaqqı ödənişlərinin çıxılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Aliment fondunun yaradılması Milli Məclisin GÜNDƏMİNDƏ

Aliment fondunun yaradılması Milli Məclisin GÜNDƏMİNDƏ

Nazir yeni rəis təyin etdi

Nazir yeni rəis təyin etdi

ABŞ-da məktəbə SİLAHI HÜCUM – Beş nəfəri belə bıçaqladı – ANBAAN VİDEO

ABŞ-da məktəbə SİLAHI HÜCUM – Beş nəfəri belə bıçaqladı – ANBAAN VİDEO

Sabahın HAVASI: Yağış, 26 dərəcə isti... – PROQNOZ

Sabahın HAVASI: Yağış, 26 dərəcə isti... – PROQNOZ

Hikmət Hacıyev: “Keçmişin bəzi xatirələrinə göz yuma bilmərik” – VİDEO

Hikmət Hacıyev: “Keçmişin bəzi xatirələrinə göz yuma bilmərik” – VİDEO

Slovakiyanın Baş naziri gecə "smeni"ndə: Mağazalara çörək daşıdı – VİDEO

Slovakiyanın Baş naziri gecə "smeni"ndə: Mağazalara çörək daşıdı – VİDEO

Prezidentdən Ədalət Fərəcovla bağlı SƏRƏNCAM

Prezidentdən Ədalət Fərəcovla bağlı SƏRƏNCAM

Bu ay 14 gün İŞ OLMAYACAQ

Bu ay 14 gün İŞ OLMAYACAQ

Bakı qlobal şəhərsalma mərkəzi kimi önə çıxır - FOTO

Bakı qlobal şəhərsalma mərkəzi kimi önə çıxır - FOTO

Bu avtomobillər də operativ nəqliyyat vasitəsi HESAB EDİLƏCƏK

Bu avtomobillər də operativ nəqliyyat vasitəsi HESAB EDİLƏCƏK

Qadınların maaşları ilə bağlı YENİLİK

Qadınların maaşları ilə bağlı YENİLİK

Milli Məclis məhkəmə aktları ilə bağlı sazişi TƏSDİQLƏDİ

Milli Məclis məhkəmə aktları ilə bağlı sazişi TƏSDİQLƏDİ

Bu kəndin 16 sakini var, amma 25 min turist gəlir - Fotolar

Bu kəndin 16 sakini var, amma 25 min turist gəlir - Fotolar

Peşə və kolleclərdə təhsil alanlara da “TələbəPlus” kartı VERİLƏCƏK - RƏSMİ

Peşə və kolleclərdə təhsil alanlara da “TələbəPlus” kartı VERİLƏCƏK - RƏSMİ

Bakıda 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılaraq dünyasını dəyişdi

Bakıda 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılaraq dünyasını dəyişdi

Lənkəranda ANTİSANİTAR VƏZİYYƏT – Quş kəsimi sexinin tullantıları birbaşa dənizə axıdılıb – FOTO

Lənkəranda ANTİSANİTAR VƏZİYYƏT – Quş kəsimi sexinin tullantıları birbaşa dənizə axıdılıb – FOTO

SON DƏQİQƏ! Milli Məclis Avropa Parlamenti ilə əməkdaşlığı DAYANDIRDI

SON DƏQİQƏ! Milli Məclis Avropa Parlamenti ilə əməkdaşlığı DAYANDIRDI

Bakıda “toy karvanı” prospektdə sıxlıq yaratdı – VİDEO

Bakıda “toy karvanı” prospektdə sıxlıq yaratdı – VİDEO

Yaxşı niyyət, pis nəticə: Quşları çörək qırıntıları ilə bəsləməyin ölümcül təhlükəsi

Yaxşı niyyət, pis nəticə: Quşları çörək qırıntıları ilə bəsləməyin ölümcül təhlükəsi

Azad edilmiş ərazilərdə aşkarlanan kütləvi məzarlıqların SAYI

Azad edilmiş ərazilərdə aşkarlanan kütləvi məzarlıqların SAYI

Bayrağa hörmətsizlik edən şəxs barəsində tədbir görüləcək – VİDEO

Bayrağa hörmətsizlik edən şəxs barəsində tədbir görüləcək – VİDEO

Bakı Limanının yükaşırma imkanları genişləndirilir: yeni körpü istifadəyə verildi – FOTO

Bakı Limanının yükaşırma imkanları genişləndirilir: yeni körpü istifadəyə verildi – FOTO

“Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir”

“Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir”

End of content

No more pages to load

RADİO