Bu respublikada 1928-ci ilə qədər rəsmi dil Azərbaycan dili OLUB – FOTOFAKT

1923-ci ildən 1928-ci ilə qədər Dağıstanda rəsmi dil Azərbaycan türkcəsi olub.

Bizim.Media xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyevin araşdırmasında qeyd olunub. 

Alimin sözlərinə görə, Abdulqadir Alqədərinin müəllif olduğu "Yeni türk əlifbası və ilk qiraət" adlı kitab da orta məktəblərdə tədris edilib:

“Bu qərar qəbul edilən zaman Dağıstanda çox mübahisələr gedib. Moskvaya xidmət edənlər “rusca Leninin dilidir, inqilabın dilidir” deyərək Azərbaycan türkcəsinin qəbul edilməsinə qarşı çıxış ediblər.

Halbuki Azərbaycan türkcəsinin qəbul edilməsi elə Moskvanın tələbi idi. 1923-cü ildə Dağıstanda Moskvanın tövsiyəsi ilə güclü bir din əleyhinə hərəkat başladı. Bu hərəkatın ən vacib hissəsi ərəb dilinə qarşı kampaniya idi. Beləcə, 1923-cü ildə Dağıstanın yeganə rəsmi dili Azərbaycan türkcəsi elan edildi.

Dağıstan rəhbərlərindən N.Samurskinin fikrincə, rus dili Dağıstan xalqlarının dili ola bilməzdi.

Onun fikrincə, bu, dağ cəmiyyətində rus dilinə mənfi münasibətlə, çarizmin zülm və zorla ruslaşdırma siyasəti ilə bağlı idi və eyni zamanda Dağıstanda bu, müsəlman din xadimləri arasında qəzəbli narazılıq yarada bilərdi. Azərbaycan türkcəsi isə müsəlmanların dili olaraq belə maneələrlə qarşılaşa bilməz. Dağlarda dünyəvi təhsilə nail olmaq üçün silah kimi istifadə edilən Azərbaycan türkcəsi ərəb sxolastikasının və fanatizminin hökmranlığını sarsıtmağa qadir olan yeganə dildir.

1928-ci ildə mübarizədə rus dili və əlifbası qalib gəlsə də, 1952-ci ilə qədər rutul və saxurlar yaşayan ərazilərdə tədris Azərbaycan türkcəsində davam edib”.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bəzi rayonlara yağış yağıb, güclü külək əsib – FAKTİKİ HAVA

Bəzi rayonlara yağış yağıb, güclü külək əsib – FAKTİKİ HAVA

Hibrid avtomobil almaq istəyənlərin DİQQƏTİNƏ

Hibrid avtomobil almaq istəyənlərin DİQQƏTİNƏ

Oğuzhan Uğur SAXLANILDI

Oğuzhan Uğur SAXLANILDI

Netanyahunun ABŞ-a səfəri TƏXİRƏ SALINDI

Netanyahunun ABŞ-a səfəri TƏXİRƏ SALINDI

Sürücü bəzi hallarda qarşıdakı avtomobili sağdan ötə bilər - Qanun nə deyir? – VİDEO

Sürücü bəzi hallarda qarşıdakı avtomobili sağdan ötə bilər - Qanun nə deyir? – VİDEO

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır

İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır

Azərbaycan UEFA reytinqində liderdir! -Əla başlanğıc…

Azərbaycan UEFA reytinqində liderdir! -Əla başlanğıc…

Aşpazlar badımcanı qızartmazdan əvvəl bunu edir: Acılıq yox olur

Aşpazlar badımcanı qızartmazdan əvvəl bunu edir: Acılıq yox olur

DİQQƏT! Bakının iki rayonunda qaz olmayacaq

DİQQƏT! Bakının iki rayonunda qaz olmayacaq

Suda bitən ÖMÜRLƏR - Bu yayın 21 FACİƏSİ – ARAŞDIRMA

Suda bitən ÖMÜRLƏR - Bu yayın 21 FACİƏSİ – ARAŞDIRMA

“Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq

“Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq

Bakının dörd rayonunda işıq kəsiləcək – ÜNVANLAR

Bakının dörd rayonunda işıq kəsiləcək – ÜNVANLAR

Bu sevgi mahnısı bütün zamanların əsl məşhur hitinə çevrildi (VİDEO)

Bu sevgi mahnısı bütün zamanların əsl məşhur hitinə çevrildi (VİDEO)

İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı

İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı

İrandan SƏRT CAVAB – Dörd ölkədəki ABŞ bazaları hədəf alındı – VİDEO

İrandan SƏRT CAVAB – Dörd ölkədəki ABŞ bazaları hədəf alındı – VİDEO

Məktəblərdə böyük dəyişiklik elan edildi: sentyabrdan başlayır – Detallar

Məktəblərdə böyük dəyişiklik elan edildi: sentyabrdan başlayır – Detallar

ABŞ-dan İrana AĞIR ZƏRBƏLƏR – Strateji obyektlər belə vuruldu – VİDEO

ABŞ-dan İrana AĞIR ZƏRBƏLƏR – Strateji obyektlər belə vuruldu – VİDEO

“Qarabağ” darmadağınla növbəti mərhələyə yüksəldi – VİDEO

“Qarabağ” darmadağınla növbəti mərhələyə yüksəldi – VİDEO

BİZİM TƏQVİM: 17 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 17 iyulda baş vermiş tarixi hadisələr

Bu 4 BÜRCÜ sevgi və pulda uğur gözləyir

Bu 4 BÜRCÜ sevgi və pulda uğur gözləyir

Ana və qızı eyni anda məzun oldular: "Mən onun qədər çox oxumamışam" - VİDEO

Ana və qızı eyni anda məzun oldular: "Mən onun qədər çox oxumamışam" - VİDEO

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

End of content

No more pages to load

RADİO