Məmməd Araz 85 yaşı tamamladı. Hələ neçə 85- lər, 205- 305-lər irəlidədir. Onda bizlər olmayacağıq. Amma Sən yaşayacaqsan, Məmməd əmi!xa0
xa0 xa0
"Azərbaycan" nəşriyyatının ikinci mərtəbəsində otururduq. Mən "Mədəniyyət" qəzetində məsul katib, o isə "Təbiət" jurnalının baş redaktoru idi. Otaqlarımız daxa0 aralı deyildi, beş addımlıqda yerləşirdi. Demək olar ki, hər gün görüşər, gəldən-getdən danışardıq. Təzə şerlərindən verər, biz də böyük məmnunluqla çap edərdik. Qəzetin baş redaktoru rəhmətlik Şahmar Əkbərzadənin tapşırığına əsasən Məmməd əminin şerlərinin capını yubada bilməzdik. Təqdim etdiyi günün sabahısı şerlər artıq səhifədə idi. Məmməd Araz kimi nəhəng şairin şerlərinin hər hansı qəzetdə getməsi ilk növbədə həmin mətbu orqanın nüfuzu demək idi. Bu günədək yadımdan çıxarmadığım bir ağayanalığı da vardı Məmməd əminin. Heç qonarar istəməzdi, deyərdi ki, mənə çatacaq pulu qəzetin əməkdaşları arasında bölüşdürün. Halbuki elə yazıçı, şairlərimiz vardı ki, materialının çapından iki-üç gün sonra redaksiyaya zəng edərək qonararının vaxtını-vədəsini soruşardı.xa0 Məmmədxa0 Araz şəxsiyyətinin zənginliyinə parlaqxa0 nümunə olan bu böyüklüyün daxilində həm də əlçatmaz bir sadəliyin işığını görürdük. İnana bilmərəm ki, o, kiminsə qəlbinə toxunacaq bir işə yol vermiş olsun. İntriqalar, dedi-qodular onluq deyildi. Bəlkə də bu məsələdə Məmməd Araz yeganə şəxslərdəndir ki, ömrünün heç bir anında heçxa0 bir qrupda iştirakçı olmayıb. Bir dəfə özü ilə söhbət zamanı bunu xüsusi ilə vurğuladı və nahaqdan ona maneçilik edənlərin hikkələrinə, mənasız hərəkətlərinə qətiyyən baş qoşmadığını dedi. Hətta sağlamlığına zərər vursa belə bu cür kənar kin-küdurətlərə heç bir vaxt qarşılıq verməyib.
xa0 xa0xa0
Böyük Məmməd Arazla yaxşı münasibətlərimiz yaranmışdı. Yəqin bu da Allahın bir lütfü idi ki, mənə qismət eləmişdi. Əlbəttə, yaxşı dost idik, deyə bilmərəm. Əgər müasir Azərbaycan poeziyasının bu dahi şairi ilə yaş fərqi olmasına baxmayaraq bir dostluğum olsaydı, bunu özüm üçün böyük şərəf hesab edərdim. Sadəcə ortada şirin bir ünsiyyət vardı.xa0xa0
Günlərin bir günündə müəllimə çalışdığı Bakı humanitar fənlər gimnaziyasında Məmməd Arazla məktəblilərin görüşünü təşkil etməyi xahiş elədi.
Söz vermədim, çünki səhhətilə bağlı Məmməd müəllimə əziyyət vermək istəmirdim. Lakin xanımımın bunu çox arzuladığını hiss etdim. Qəlbini qırmayıb tərəddüd içərisində olsam da, Məmməd Arazdan görüşə razılıq verməsini xahiş etdim. Böyük şair məni evdəkinin yanında peşiman etmədi. Nəhayət, görkəmli şairimiz rəhmətlik Tofiq Bayram, Məmməd Araz və bəndəniz məktəbə getdik. Möhtəşəm bir görüş oldu. Şairin görüşdən məmnun qaldığını hiss edərkən özüm də sevindim.xa0
xa0
Məmməd əmi, yubileyin çox mübarək! Səni doyunca təbrik edirəm. Qarşıda hələ cox yubileylərin olacaq. Nə qədər ki, bu xalq var, Sən də onunla birlikdə olacaqsan, Məmməd əmi!xa0 Allah amanında!!! Hələlik!!!xa0

ELDAR SABİROĞLU