Tanınmış mütəxəssislər Şərurlu İsfəndiyarla işləməkdən imtina edir – FOTO

İctimaiyyətə Şərurlu İsfəndiyar kimi tanınan iş adamı İsfəndiyar Axundovun bir qədər əvvəl verdiyi açıqlama hələ də müzakirə edilir. Belə ki, o, özü təhsilsiz olsa da, ətrafına alimləri topladığını və onlara 15-20 min dollar maaş təklif etdiyini bildirib.

Sitat: “Mən çoban oturmuşam başda, alimlər də mənim üçün işləyir, pullar da gəlir”.

Onun bu sözləri birmənalı qarşılanmayıb, hətta dediyi cümlələrlə alimləri təhqir etdiyini bildirənlər də var.

Maraqlıdır, mütəxəssislər İ.Axundovun şirkətində çalışmaqla bağlı təklif alsalar, qəbul edərlərmi?

Bizim.Media xəbər verir ki, globalinfo.az-a danışan tikinti mühəndisi Vəli Cəfərov deyib ki, belə bir təklif alsaydı, qəti razı olmazdı:


Vəli Cəfərov

“Hər zaman dövlət idarələrində işləmişəm. Məktəblər, Bakı və Naxçıvan Hava Limanını tikmişik. Heç vaxt qeyri-ciddi şirkətlərdə çalışmamışam. Adıçəkilən şəxsin də şirkətini ciddi qəbul etmirəm. Vallah, nə deyim?! Məsələn, illər əvvəl “Ayna Sultanova” deyilən ərazidə bina tikmişdilər, bildiyim qədəri ilə onu hələ təhvil verməyiblər. Ona görə onları ciddi saymıram. Bir sözlə, işləməzdim”.

İqtisadçı Natiq Cəfərli də İsfəndiyar Axundovla çalışmağa razı olmayan mütəxəssislərdəndir:



Natiq Cəfərli

“Əgər belə bir təklif olsaydı, təbii ki, qəbul etməzdim. Çünki mənim siyasi-ictimai fəaliyyətim yalnız maddi qazanca görə deyil, daha çox ideoloji məsələdir. Sevdiyim işlərlə məşğul olmaq istəyirəm. Ona görə də həmin şəxsin şirkətində heç işləməzdim. Hansısa beynəlxalq şirkətlərdən təkliflər almışam, zamanında müəyyən əməkdaşlığım da olub. Lakin adını çəkdiyiniz şəxsin şirkətində işləmək istəməzdim”.

Əmlak məsələləri üzrə ekspert Mülkədar Rüstəmov da digər həmsöhbətlərimizlə eyni fikirdədir:



Mülkədar Rüstəmov

“Hər şey kənardan göründüyü kimi deyil. Adam yaxşı əmək haqqı təklif edə bilər, bu, gözəldir. Amma mənim öz iş prinsiplərim var. Kimsə özünü şah, məni isə kölə kimi görə bilməz! Buna görə kollektiv işlərdə çalışmıram. Heç vaxt elə bir insanla da işləmərəm.

Nə əmrində, nə də tabeçiliyində olaram. Mənim üçün maddiyyat ikinci dərəcədir. Öz peşəsinə, şəxsiyyətinə hörmət edən şəxs belə bir adamla işləməz. Bu, mənim şəxsi fikrimdir. O insanı şəxsən tanıdığım üçün necə biri olduğunu bilirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ceki Çanın Azərbaycana gələcəyi tarix AÇIQLANDI

Ceki Çanın Azərbaycana gələcəyi tarix AÇIQLANDI

Müctəba Xamenei müharibə bitənə qədər ictimaiyyət qarşısına ÇIXMAYACAQ

Müctəba Xamenei müharibə bitənə qədər ictimaiyyət qarşısına ÇIXMAYACAQ

Ötən gün qanunsuz saxlanılan 14 tüfəng aşkarlandı

Ötən gün qanunsuz saxlanılan 14 tüfəng aşkarlandı

Bakıda və rayonlarda yenə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bakıda və rayonlarda yenə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Kim deyər ki, 82 yaşı var... – FOTO

Kim deyər ki, 82 yaşı var... – FOTO

Venesueladakı zəlzələdə ölənlərin sayı ARTDI

Venesueladakı zəlzələdə ölənlərin sayı ARTDI

Final fitini səsləndirəcək hakim barədə şok fakt üzə çıxdı - Video

Final fitini səsləndirəcək hakim barədə şok fakt üzə çıxdı - Video

Kondisionerdən belə istifadə edin, işıq pulunuz azalsın

Kondisionerdən belə istifadə edin, işıq pulunuz azalsın

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

"Çox dərs oxumurdum" - 400 bal toplayan Paşa

"Çox dərs oxumurdum" - 400 bal toplayan Paşa

Azərbaycanda bu qədər qadın ALİMENT borclusudur

Azərbaycanda bu qədər qadın ALİMENT borclusudur

Atmosferi olan ekzoplanet TAPILDI: Orada həyat ola bilərmi?

Atmosferi olan ekzoplanet TAPILDI: Orada həyat ola bilərmi?

Dünya çempionu ABŞ-yə buraxılmır - Trampdan kömək istədi

Dünya çempionu ABŞ-yə buraxılmır - Trampdan kömək istədi

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO

Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı

Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - AYNA səbəbini AÇIQLADI - VİDEO

Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - AYNA səbəbini AÇIQLADI - VİDEO

Albalı tumlarını çıxarmağın ən praktik yolu

Albalı tumlarını çıxarmağın ən praktik yolu

Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Mahsun Kırmızıgül: “Kaş əllərin qırılaydı, Haluk!" – FOTO

Mahsun Kırmızıgül: “Kaş əllərin qırılaydı, Haluk!" – FOTO

Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

Qızıl 4 000 dollara ticarət olunur

Qızıl 4 000 dollara ticarət olunur

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi

End of content

No more pages to load

RADİO