Azərbaycan Dövlət Akademik Musiqili Teatrına yeni direktor təyin olunub.
Bizim.Media xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən sözügedən vəzifə Aqil Bəhramlıya həvalə olunub.
Qeyd edək ki, A.Bəhramlı bundan əvvəl Gəncə Dövlət Milli Dram Teatrının direktoru vəzifəsində çalışıb.
Xatırladaq ki, nazirin əmri ilə Arzu Asif oğlu Rzayev Dövlət Akademik Musiqili Teatrına direktor müavini təyin olunub.

Bizim.Media