Naxçıvanda fermasında dağ keçiləri aşkarlandığı üçün ovçu saxlanılıb.
Bizim.Media xəbər verir ki, Naxçıvan MR-də polis əməkdaşları qanunsuz ovla məşğul olan 1965-ci il təvəllüdlü Məmmədov Qasım Müslüm oğlunu saxlayıblar.
Ona məxsus fermadan nadir heyvan növlərindən sayılan 3 ədəd dağ keçisi aşkarlanaraq təbiətə geri qaytarılması təmin olunur.
Araşdırmalar davam etdirilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu