Milyonçu qardaşların məhkəməsində mübahisə DÜŞDÜ

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən keçirilən böyük əməliyyatla həbs edilən Bahadır və İkram Quliyev qardaşları, həmçinin onlarla birgə ittiham olunan digərlərinin məhkəmə araşdırması davam edir.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Təqsirləndirilən şəxslərin hamısı həbsdə mühakimə edilir.

Müttəhim kürsüsündə Bahadır və İkram Quliyevdən əlavə, onların əmisi oğlu Fərhad Qasımov və işçiləri Vəli Əliyev, Cavid Əzizov və Anar Əhmədov əyləşir.

İttihama görə, təqsirləndirilən şəxslər Yasamal rayonunda fəaliyyət göstərən şirkətlərində qanunsuz pul köçürmələri ilə məşğul olublar. İstintaqla müəyyən edilib ki, şirkət xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürüb. Bu vəsaitin 2 milyon 500 min manatı isə xidməthaqqı kimi onların özünə qalıb. Sözügedən şirkətdə pul köçürən şahidlər oranı “Bahadırın bankı” kimi tanıdıqlarını deyiblər.
 

Artıq iş üzrə ittiham tərəfinin bütün şahidləri dindirilib. İşin aparılması ardıcıllığına görə bu gün müttəhimlər sərbəst ifadə verməli idilər. Amma müdafiə tərəfinin vəsatətləri vəziyyəti dəyişib. Müdafiəçilər hamısı iş üçün əlavə şahidlərin dindirilməsinin vacibliyi məsələsini qaldırıblar.


Fərhad Qasımovun vəkili Vüqar Əliyev həmin şəxslərin kimliyini açıqlayıb. Bunlardan biri Rüstəmov Fikrət Akif oğludur. Vəkillər Fikrətin dindirilməsini bu səbəbdən istəyirlər ki, o, istintaqın əvvəlində Yasamaldakı şirkətə turizm işi ilə bağlı gəldiyini deyib. Lakin növbəti ifadələrində sözlərini dəyişib, oraya pul köçürmək üçün getdiyini bildirib.

Əhmədova Natavan Nəbi qızı isə müstəntiqə deyib ki, şirkət turizm fəaliyyəti ilə tanınsa da, Quliyevlər orada qanunsuz işlərlə məşğul olublar.  

Müdafiə tərəfinin dindirilməsini ən vacib hesab etdikləri şəxs Kənan Kazımovdur. Maraqlıdır ki, bu cinayət işi məhz K.Kazımovun ərizəsi əsasında başladılıb.

İkram Quliyevin vəkili Kamandar Nəsibov həmkarının vəsatətinin təmin edilməsinin vacib olduğunu dilə gətirib. Vəkil hesab edir ki, ədalətli hökm çıxarılması üçün adıçəkilən şəxslər mütləq dindirilməlidir. 

Prokuror isə vəsatətin təmin edilməməsini istəyib. Anar Sadıqovun sədrlik etdiyi hakimlər prokurorla razılaşıb. Vəsatət əsassız sayılaraq rədd edilib.

Qərar müdafiəçilər tərəfindən etirazla qarşılanıb, onlar prokuror və hakimləri fikirlərini əsaslandırmamaqda ittiham ediblər: “Vəsatət niyə təmin edilmir?! Əsaslandırma göstərin. Mən deyirəm ki, cinayət işinin başlanmasına səbəb olan ərizəçi gəlib danışmalıdır. Bilməliyik ki, niyə şikayət edib. Heç olmasa, 50 faiz ədalətli hökm çıxarılması üçün həmin şəxslər dindirilməlidir. Yoxsa, göndərilən ittiham aktını təsdiq etməklə iş olmur. Bunun axırı olmayacaq”.
 

Sədrlik edən hakim vəkillərdən mübahisə etməmələrini tələb edib. Bundan sonra müdafiəçilər hamısı hakimlərə etiraz edəcəklərini deyiblər. Etiraz ərizəsinin hazırlanması üçün proses aprelin 18-nə kimi təxirə salınıb.


Qeyd edək ki, bu iş üzrə müttəhimlərin 1 milyarda yaxın əmlakları üzərinə həbs qoyulub. Buraya bahalı evlər, avtomobillər, qayıqlar və başqa əmlaklar daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Albalı tumlarını çıxarmağın ən praktik yolu

Albalı tumlarını çıxarmağın ən praktik yolu

Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Mahsun Kırmızıgül: “Kaş əllərin qırılaydı, Haluk!" – FOTO

Mahsun Kırmızıgül: “Kaş əllərin qırılaydı, Haluk!" – FOTO

Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

Qızıl 4 000 dollara ticarət olunur

Qızıl 4 000 dollara ticarət olunur

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi

Azərbaycanın 6 ayda neft ixrac etdiyi TOP-10 ölkə - SİYAHI

Azərbaycanın 6 ayda neft ixrac etdiyi TOP-10 ölkə - SİYAHI

Rusiyanın Novosibirsk vilayətində güclü ZƏLZƏLƏ oldu

Rusiyanın Novosibirsk vilayətində güclü ZƏLZƏLƏ oldu

Allahşükür Paşazadə: “Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik”

Allahşükür Paşazadə: “Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik”

Toyda qonaqlara "Chanel", "Cartier" hədiyyə olundu

Toyda qonaqlara "Chanel", "Cartier" hədiyyə olundu

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Məğlubiyyətdə birləşib, qələbəni bölüşə bilməyənlərin DRAMI

Məğlubiyyətdə birləşib, qələbəni bölüşə bilməyənlərin DRAMI

İmtahanda ölkənin ən yüksək balları Sumqayıtdan gəldi - FOTO

İmtahanda ölkənin ən yüksək balları Sumqayıtdan gəldi - FOTO

Smartfon istifadəçilərinə xəbərdarlıq

Smartfon istifadəçilərinə xəbərdarlıq

Bakıda itkin düşən azyaşlı bacı-qardaş tapıldı - YENİLƏNİB

Bakıda itkin düşən azyaşlı bacı-qardaş tapıldı - YENİLƏNİB

Ukrayna Tambov vilayətində logistika mərkəzini vurdu - 7 ölü, 24 yaralı – VİDEO

Ukrayna Tambov vilayətində logistika mərkəzini vurdu - 7 ölü, 24 yaralı – VİDEO

Xırdalanda yaşayış binasında YANĞIN: Sakinlər belə təxliyə edildi – VİDEO/YENİLƏNİB

Xırdalanda yaşayış binasında YANĞIN: Sakinlər belə təxliyə edildi – VİDEO/YENİLƏNİB

“Qarabağ”ın biletləri bu gün satışa ÇIXARILIR

“Qarabağ”ın biletləri bu gün satışa ÇIXARILIR

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər SAXLANILDI

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər SAXLANILDI

Moskvaya PUA hücumu - 26 yaralı var

Moskvaya PUA hücumu - 26 yaralı var

Ehtiyat hissələri heç zavodunda tapılmayan Çin maşınları ­– HANSILARDIR?

Ehtiyat hissələri heç zavodunda tapılmayan Çin maşınları ­– HANSILARDIR?

Bu ölkə tamamən boşaldılır

Bu ölkə tamamən boşaldılır

Məhkəmə məşhur xəstəxana ilə bağlı qərar verdi

Məhkəmə məşhur xəstəxana ilə bağlı qərar verdi

End of content

No more pages to load

RADİO