Bu il neçə şagird inklüziv təhsilə cəlb olunub? – Rəsmi STATİSTİKA

Hazırda Bakı şəhərində və bölgələrdə 67 ümumi təhsil müəssisəsində  inklüziv təhsil həyata keçirilir.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

50 minə yaxın uşaq niyə təhsildən kənarda qalıb? – AÇIQLAMA


Məlumatda qeyd olunub ki, 2025-2026-cı tədris ili ərzində daha 24 müəssisədə inklüziv təhsilin təşkili nəzərdə tutulub.

Bəs ümumi olaraq neçə şagird inkluziv təhsilə cəlb olunub?

“Cari vəziyyətdə 362 sağlamlıq imkanları məhdud uşaq inklüziv təhsilə cəlb edilib”, - deyə açıqlamada bildirilib, həmçinin, həmin şagirdlər üçün yaradılan imkanlardan da bəhs edilib.

“İnklüziv təhsil həyata keçirilən ümumi təhsil müəssisələri əyani vasitlərlə və avadanlıqlarla təmin olunub. Sağlamlıq imkanları məhdud uşaqların keyfiyyətli təhsil almaq hüququnu təmin etmək, fərdi və qrup məşğələlərini həyata keçirmək məqsədilə həmin müəssisələr köməkçi otaq, avadanlıq, mebel və s. ilə təmin olunub.

Eyni zamanda müəssisələr reabilitasiya avadanlıqları, didaktik materiallarla, digər yardımçı vəsait və texnologiyalarla təchiz edilib, maneəsiz hərəkətin təşkili üçün panduslar quraşdırılıb.
 

Sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsilə cəlb olunmasını təmin etmək məqsədilə onların məlumat bazası yaradılıb. İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisəsində sağlamlıq imkanları məhdud uşaq üçün “Fərdi Tədris Planı” hazırlanıb”.


Qeyd edək ki, inkluziv təhsil dedikdə, uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, onların öz həmyaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsi nəzərdə tutulur.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Albalı tumlarını çıxarmağın ən praktik yolu

Albalı tumlarını çıxarmağın ən praktik yolu

Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Mahsun Kırmızıgül: “Kaş əllərin qırılaydı, Haluk!" – FOTO

Mahsun Kırmızıgül: “Kaş əllərin qırılaydı, Haluk!" – FOTO

Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

Qızıl 4 000 dollara ticarət olunur

Qızıl 4 000 dollara ticarət olunur

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi

Azərbaycanın 6 ayda neft ixrac etdiyi TOP-10 ölkə - SİYAHI

Azərbaycanın 6 ayda neft ixrac etdiyi TOP-10 ölkə - SİYAHI

Rusiyanın Novosibirsk vilayətində güclü ZƏLZƏLƏ oldu

Rusiyanın Novosibirsk vilayətində güclü ZƏLZƏLƏ oldu

Allahşükür Paşazadə: “Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik”

Allahşükür Paşazadə: “Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik”

Toyda qonaqlara "Chanel", "Cartier" hədiyyə olundu

Toyda qonaqlara "Chanel", "Cartier" hədiyyə olundu

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Məğlubiyyətdə birləşib, qələbəni bölüşə bilməyənlərin DRAMI

Məğlubiyyətdə birləşib, qələbəni bölüşə bilməyənlərin DRAMI

İmtahanda ölkənin ən yüksək balları Sumqayıtdan gəldi - FOTO

İmtahanda ölkənin ən yüksək balları Sumqayıtdan gəldi - FOTO

Smartfon istifadəçilərinə xəbərdarlıq

Smartfon istifadəçilərinə xəbərdarlıq

Bakıda itkin düşən azyaşlı bacı-qardaş tapıldı - YENİLƏNİB

Bakıda itkin düşən azyaşlı bacı-qardaş tapıldı - YENİLƏNİB

Ukrayna Tambov vilayətində logistika mərkəzini vurdu - 7 ölü, 24 yaralı – VİDEO

Ukrayna Tambov vilayətində logistika mərkəzini vurdu - 7 ölü, 24 yaralı – VİDEO

Xırdalanda yaşayış binasında YANĞIN: Sakinlər belə təxliyə edildi – VİDEO/YENİLƏNİB

Xırdalanda yaşayış binasında YANĞIN: Sakinlər belə təxliyə edildi – VİDEO/YENİLƏNİB

“Qarabağ”ın biletləri bu gün satışa ÇIXARILIR

“Qarabağ”ın biletləri bu gün satışa ÇIXARILIR

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər SAXLANILDI

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər SAXLANILDI

Moskvaya PUA hücumu - 26 yaralı var

Moskvaya PUA hücumu - 26 yaralı var

Ehtiyat hissələri heç zavodunda tapılmayan Çin maşınları ­– HANSILARDIR?

Ehtiyat hissələri heç zavodunda tapılmayan Çin maşınları ­– HANSILARDIR?

Bu ölkə tamamən boşaldılır

Bu ölkə tamamən boşaldılır

Məhkəmə məşhur xəstəxana ilə bağlı qərar verdi

Məhkəmə məşhur xəstəxana ilə bağlı qərar verdi

End of content

No more pages to load

RADİO