Nigarın “oğluma atasız qız almaram” sözündə Ramiz Mehdiyev DETALI – İlginc

“Kanal S”in aparıcısı Nigar Fərhadın efirdə “oğluma atasız qız almaram” deməsi ictimaiyyətdə tənqidlə qarşılanıb və televiziyaların acınacaqlı vəziyyətini növbəti dəfə gündəmə gətirib. Ümumiyyətlə, nə baş verdi ki, telekanallarda yayımlanan verilişlər hazırkı duruma düşdü?

Bizim.Media xəbər verir ki, "globalinfo.az"a danışan Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib ki, sovet dövründə təkcə AzTV-1 var idi və ora yalnız səviyyəli şəxslər gələ bilərdilər.

Onun sözlərinə görə, əvvəllər dövlət televiziyasında verilişdə iştirak etmək, aparıcı olmaq çətin idi:
 

“Çətin olduğu üçün də efirə seçmə insanlar çıxa bilirdi. Zamanla müstəqil kanallar yarandı, müstəqil fikirlər səsləndirildi və fikir müxtəlifliyi əmələ gəldi. Daha sonra dövlət strukturunda sovet dövründən qalma “bolşevikbaşlar” və “rusbaşlar” fikir müxtəlifliklərini görüb, onların siyasətinə mane olacaqlarını anlayaraq, başladılar KİV və televiziyaları ələ keçirməyə.


Orada da aşağı səviyyəli şouları, səviyyəsiz insanları təbliğ etdilər. Beləliklə, yavaş-yavaş cəmiyyəti həll olunası məişət və sosial problemlərindən uzaqlaşdırmağa çalışdılar. O zaman tənqid məsələsində KİV və televiziyaların rolu böyük idi. Nəhayət, həmin bolşevik və “rusbaşlar” işi o vəziyyətə gətirdilər ki, artıq özləri də bu səviyyəsizlikdən bezdilər. Mən Ramiz Mehdiyevi nəzərdə tuturam.

Mehdiyev böyük bir məqalə ilə çıxış etdi ki, Azərbaycan televiziyalarının səviyyəsi aşağıdır, buna qarşı mübarizə aparmaq lazımdır və s. Halbuki bütün mövcud səviyyəsiz vəziyyəti özü yaratmışdı. İndi həmin məqamlar hələ də davam edir”.

E.Şıxlı deyib ki, bu gün ənənəvi medianı sosial şəbəkələr əvəz edir:

“Sosial şəbəkələrdə nə qədər səviyyəsiz, amma şərh və baxış toplayan ünsürlər varsa, televiziya rəhbərləri öz televiziyalarının populyarlığı üçün həmin o səviyyəsiz adamları ekran qarşısına çıxarırlar. Nəticədə biabırçı vəziyyət yaranır. Maraqlıdır ki, daha aşağı səviyyəli və mədəniyyətsiz aparıcılar var, amma onlara fikir verilmir. Lakin naməlum səbəbdən burda bircə o şəxsi (Nigar Fərhad – red.) insanların heysiyyətinə toxunmaqda günahlandırırlar. Problem bir aparıcı və ya bir kanalda deyil”.

Ekspertin fikrincə, efirdə baş verən səviyyəsizliyin qarşısını almaq artıq çətin məsələdir:

“Bu adamları efirə buraxmaq lazım deyil. Bir reallıq da var ki, indi sosial şəbəkələr dövrü olduğuna görə televiziyanı izləyənlər azdır. Şəxsən mən o verilişlərə baxmıram. Çünki orda maarifləndirici, mənalı bir şey yoxdur. Səviyyəli verilişlər də bu cür zir-zibilin arasında itib-batır. Cəmiyyətin səviyyəsi dəyişməlidir. Maraqlıdır ki, ciddi söz deyəndə 5 nəfər baxır, axmaq nəsə deyəndə 125 nəfər. Ona görə də 5 nəfər ciddi söz deyən insana heç kim fikir vermir, ciddi qəbul etmir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Albalı tumlarını çıxarmağın ən praktik yolu

Albalı tumlarını çıxarmağın ən praktik yolu

Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Mahsun Kırmızıgül: “Kaş əllərin qırılaydı, Haluk!" – FOTO

Mahsun Kırmızıgül: “Kaş əllərin qırılaydı, Haluk!" – FOTO

Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

Qızıl 4 000 dollara ticarət olunur

Qızıl 4 000 dollara ticarət olunur

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi

Azərbaycanın 6 ayda neft ixrac etdiyi TOP-10 ölkə - SİYAHI

Azərbaycanın 6 ayda neft ixrac etdiyi TOP-10 ölkə - SİYAHI

Rusiyanın Novosibirsk vilayətində güclü ZƏLZƏLƏ oldu

Rusiyanın Novosibirsk vilayətində güclü ZƏLZƏLƏ oldu

Allahşükür Paşazadə: “Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik”

Allahşükür Paşazadə: “Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik”

Toyda qonaqlara "Chanel", "Cartier" hədiyyə olundu

Toyda qonaqlara "Chanel", "Cartier" hədiyyə olundu

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Məğlubiyyətdə birləşib, qələbəni bölüşə bilməyənlərin DRAMI

Məğlubiyyətdə birləşib, qələbəni bölüşə bilməyənlərin DRAMI

İmtahanda ölkənin ən yüksək balları Sumqayıtdan gəldi - FOTO

İmtahanda ölkənin ən yüksək balları Sumqayıtdan gəldi - FOTO

Smartfon istifadəçilərinə xəbərdarlıq

Smartfon istifadəçilərinə xəbərdarlıq

Bakıda itkin düşən azyaşlı bacı-qardaş tapıldı - YENİLƏNİB

Bakıda itkin düşən azyaşlı bacı-qardaş tapıldı - YENİLƏNİB

Ukrayna Tambov vilayətində logistika mərkəzini vurdu - 7 ölü, 24 yaralı – VİDEO

Ukrayna Tambov vilayətində logistika mərkəzini vurdu - 7 ölü, 24 yaralı – VİDEO

Xırdalanda yaşayış binasında YANĞIN: Sakinlər belə təxliyə edildi – VİDEO/YENİLƏNİB

Xırdalanda yaşayış binasında YANĞIN: Sakinlər belə təxliyə edildi – VİDEO/YENİLƏNİB

“Qarabağ”ın biletləri bu gün satışa ÇIXARILIR

“Qarabağ”ın biletləri bu gün satışa ÇIXARILIR

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər SAXLANILDI

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər SAXLANILDI

Moskvaya PUA hücumu - 26 yaralı var

Moskvaya PUA hücumu - 26 yaralı var

Ehtiyat hissələri heç zavodunda tapılmayan Çin maşınları ­– HANSILARDIR?

Ehtiyat hissələri heç zavodunda tapılmayan Çin maşınları ­– HANSILARDIR?

Bu ölkə tamamən boşaldılır

Bu ölkə tamamən boşaldılır

Məhkəmə məşhur xəstəxana ilə bağlı qərar verdi

Məhkəmə məşhur xəstəxana ilə bağlı qərar verdi

End of content

No more pages to load

RADİO