İstanbul məhkəməsi müxalifətin iqtisadi boykot çağırışlarını yaymaqda ittiham olunan 11 vətəndaşı şərti cəza ilə azad edib.
Bizim.Media xəbər verir ki, bu barədə İstanbul Ədalət Məhkəməsi bəyanat yayıb.
“Çağlayan məhkəməsi məşhur aktyor Cem Üzümoğlu da daxil olmaqla 11 vətəndaşı xaricə çıxış qadağası və ayda iki dəfə polis idarəsinə gəlmək şərti ilə azadlığa buraxıb”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, daha əvvəl İstanbul prokurorluğu müxalifətin bir sıra yerli brendləri boykot çağırışları ilə bağlı araşdırmaya başlatmışdı.
Bizim.Media