Xəyanət niyə adi hala ÇEVRİLİB?

Cütlüklər arasında möhkəm emosional bağların qurulması və qarşılıqlı etibar, sağlam münasibətlərin əsasını təşkil edir. Ancaq son illərdə onlar arasında xəyanət və aldatma hallarında əhəmiyyətli bir artım müşahidə edilir. Bu, bir çox fərqli səbəbdən qaynaqlanır, amma belə  halların psixoloji tərəfləri, daha doğrusu, insanların niyə xəyanətə meylləndikləri məsələsi az müzakirə olunur.
 

MÖVZU İLƏ BAĞLI:

Xəyanət edənlər boşananda TƏZMİNAT ÖDƏYƏCƏK?


Psixoloqlar qeyd edirlər ki, cütlüklərin çoxu bəzən bir-birinə qarşı olan diqqətsizliyi və emosional boşluğu doldurmaq məqsədilə xəyanətə yönəlirlər. Emosional bağlılığın azalması, insanların daha çox özlərini təcrid edilmiş və yalnız hiss etməsinə səbəb olur. Mütəxəssislərin fikrincə, xəyanət hallarının çoxalmasında əsasən bu faktorlar rol oynayır:

1. Təhlükəsizliyin və emosional bağlılığın azalmağı

2.  Sosial media və texnologiyanın təsiri

3. Emosional ehtiyacların qarşılanmaması

4. Cəmiyyətin dəyişən dəyərləri

5. Psixoloji boşluqlar və özünü təsdiqləmə ehtiyacı

6. Uzunmüddətli münasibətlərdə monotoniya və təkəbbür

Münasibət üzrə mütəxəssis və psixoloq Dr. Con Gottman münasibətlərdə xəyanətin çox vaxt "bağlılıq ehtiyacının qarşılanmaması" ilə əlaqəli olduğunu bildirir. Onun fikrincə, insanlar, partnyorlarından lazım olan emosional dəstəyi, diqqəti və sevgi hissini ala bilmədikdə, başqa yerlərdə bu boşluğu doldurmağa çalışırlar. Səbəblər arasında cəmiyyətin dəyişən dəyərləri də önəmli bir amil kimi göstərilir.


Məşhur psixoterapevt Dr. Esther Perel məqaləsində qeyd edir ki, insanların romantik münasibətlərdəki gözləntilərini çox yüksək tutduqları və bu yüksək gözləntilərin də xəyanətə səbəb ola biləcəyini bildirir:

“Xüsusilə müasir dövrdə cütlüklər bir-birindən həm emosional, həm də fiziki olaraq daha çox şey gözləyirlər. Bəzi insanlar üçün xəyanət, özlərinə olan inamsızlıq və ya psixoloji boşluqları doldurmaq üçün bir vasitə olur. Bu şəxslər, münasibətlərində ya da həyatlarında özlərini kifayət qədər əhəmiyyətli və sevilən hiss etmədikdə, başqalarından diqqət və təsdiq almağa çalışırlar.

Xəyanət edərkən başqalarından duyduğu maraq və diqqət, onların psixoloji boşluqlarını müvəqqəti olaraq doldurur”.

Mövzu ilə bağlı Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Bizim.Media-ya danışıb.

O, qeyd edib ki, cütlüklər arasında xəyanət və aldatma hallarının artması, əslində təkcə fərdi məsuliyyətsizlik kimi qiymətləndirilməməlidir:

 “Azərbaycan cəmiyyətində ailə və münasibətlər adətən dərin mənəvi, milli dəyərlər üzərində qurulur. Lakin son illər dəyişən həyat tərzi, sosial media təsirləri və emosional ünsiyyətin zəifləməsi ailədaxili münasibətlərdə soyuqluğa, nəticədə isə bəzən xəyanət hallarına yol açır.
 

Bir çox hallarda insanlar ailə daxilində duyğusal diqqət, anlayış və dəyər görmədikdə, bu boşluğu xaricdən doldurmağa çalışırlar. Xüsusilə kişi və qadın rollarına dair cəmiyyətdəki stereotiplər – məsələn, kişinin hisslərini bölüşməməsi, qadının isə sonsuz səbirli olması gözləntiləri – münasibətlərdə emosional yaxınlığın qarşısını alır.


Digər tərəfdən, uşaqlıqda ailə daxilində sevgi və qarşılıqlı hörmətin olmaması, valideyn münasibətlərində xəyanətin şahidi olmaq kimi travmatik yaşantılar da bir insanın münasibətlərə baxışını təhrif edə bilər. Belə insanlar sevgi və sədaqət anlayışlarını ya tam anlamır, ya da onu qorumaqda çətinlik çəkirlər. Azərbaycanda son illərdə sosial medianın təsiri ilə “daha yaxşısı var” düşüncəsi, reallıq hissinin zəifləməsinə gətirib çıxarır. İnsanlar mövcud münasibətlərdə səbr, anlayış və inkişaf əvəzinə, bəzən dəyişkən münasibətlərə yönəlirlər”,- o deyib.

Psixoloq hesab edir ki, ailə qurmazdan əvvəl psixoloji maariflənmə, münasibətlərin idarə olunması ilə bağlı təlim və məsləhətlər, eləcə də ailə dəyərləri haqqında sağlam anlayış formalaşdırmaq vacibdir.

“Unutmayaq, sağlam ailə – güclü cəmiyyətin təməlidir. Bu təməli qorumaq üçün emosional bağların möhkəmləndirilməsi, açıq ünsiyyət və qarşılıqlı hörmət əsas rol oynayır”,- deyə E.Rüstəmov fikrini yekunlaşdırıb.

Ayşən Rəhim, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Albalı tumlarını çıxarmağın ən praktik yolu

Albalı tumlarını çıxarmağın ən praktik yolu

Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Mahsun Kırmızıgül: “Kaş əllərin qırılaydı, Haluk!" – FOTO

Mahsun Kırmızıgül: “Kaş əllərin qırılaydı, Haluk!" – FOTO

Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

Qızıl 4 000 dollara ticarət olunur

Qızıl 4 000 dollara ticarət olunur

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi

Azərbaycanın 6 ayda neft ixrac etdiyi TOP-10 ölkə - SİYAHI

Azərbaycanın 6 ayda neft ixrac etdiyi TOP-10 ölkə - SİYAHI

Rusiyanın Novosibirsk vilayətində güclü ZƏLZƏLƏ oldu

Rusiyanın Novosibirsk vilayətində güclü ZƏLZƏLƏ oldu

Allahşükür Paşazadə: “Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik”

Allahşükür Paşazadə: “Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik”

Toyda qonaqlara "Chanel", "Cartier" hədiyyə olundu

Toyda qonaqlara "Chanel", "Cartier" hədiyyə olundu

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Məğlubiyyətdə birləşib, qələbəni bölüşə bilməyənlərin DRAMI

Məğlubiyyətdə birləşib, qələbəni bölüşə bilməyənlərin DRAMI

İmtahanda ölkənin ən yüksək balları Sumqayıtdan gəldi - FOTO

İmtahanda ölkənin ən yüksək balları Sumqayıtdan gəldi - FOTO

Smartfon istifadəçilərinə xəbərdarlıq

Smartfon istifadəçilərinə xəbərdarlıq

Bakıda itkin düşən azyaşlı bacı-qardaş tapıldı - YENİLƏNİB

Bakıda itkin düşən azyaşlı bacı-qardaş tapıldı - YENİLƏNİB

Ukrayna Tambov vilayətində logistika mərkəzini vurdu - 7 ölü, 24 yaralı – VİDEO

Ukrayna Tambov vilayətində logistika mərkəzini vurdu - 7 ölü, 24 yaralı – VİDEO

Xırdalanda yaşayış binasında YANĞIN: Sakinlər belə təxliyə edildi – VİDEO/YENİLƏNİB

Xırdalanda yaşayış binasında YANĞIN: Sakinlər belə təxliyə edildi – VİDEO/YENİLƏNİB

“Qarabağ”ın biletləri bu gün satışa ÇIXARILIR

“Qarabağ”ın biletləri bu gün satışa ÇIXARILIR

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər SAXLANILDI

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər SAXLANILDI

Moskvaya PUA hücumu - 26 yaralı var

Moskvaya PUA hücumu - 26 yaralı var

Ehtiyat hissələri heç zavodunda tapılmayan Çin maşınları ­– HANSILARDIR?

Ehtiyat hissələri heç zavodunda tapılmayan Çin maşınları ­– HANSILARDIR?

Bu ölkə tamamən boşaldılır

Bu ölkə tamamən boşaldılır

Məhkəmə məşhur xəstəxana ilə bağlı qərar verdi

Məhkəmə məşhur xəstəxana ilə bağlı qərar verdi

End of content

No more pages to load

RADİO