Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin ailəsinə itki üz verib.
Bizim.Media xəbər verir ki, şeyxülislamın qaynı Aqil İbrahimov vəfat edib.
Onun bir neçə gün bundan əvvəl qəfil ürəktutmasından dünyasını dəyişdiyi bildirilir.
Bu gün Bakıda mərhumun Cümə axşamı mərasimi keçirilib.
Xatırladaq ki, 2013-cü ilin mart ayında şeyxin daha bir qaynı Mətləb İbrahimov da qəfil ürək çatışmazlığından dünyasını dəyişib. (iqtisadiyyat.az)
Bizim.Media