Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin keçirdiyi əməliyyat nəticəsində qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 39 yaşlı Vüsal Salmanov saxlanılıb.
Bizim.Media xəbər verir ki, ondan “Makarov” markalı tapança, patron darağı və 4 ədəd patron aşkarlanıb.
Bildirilib ki, Xətai rayonu ərazisində polis əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlərlə isə 1 avtomat, 1 patron darağı və 14 ədəd patron tapılaraq götürülüb.
Bizim.Media