Tovuzda itkin düşən 13 yaşlı qızın atası DANIŞDI – ÖZƏL

Xəbər verdiyimiz kimi, Tovuz rayonunun Bozalqanlı kəndindən olan 13 yaşlı uşaq itkin düşüb.

Məlumata görə, 2012-ci il təvəllüdlü A.Süleymanova ötən gün axşam saat 18:00 radələrində oxuduğu Bozalqanlı kənd tam orta məktəbindən çıxıb və evə qayıtmayıb.

Bizim.Media azyaşlının atası Elçin Süleymanovla əlaqə saxlayıb.

Ata bildirib ki, uşağın hara getməsi ilə bağlı heç bir ehtimalı yoxdur:

“Hara gedə bilər, heç bilmirəm. Heç bir məlumatımız, ehtimalımız yoxdur. Olmağına bir az əsəbi uşaqdır. Hətta onu psixoloq yanına da qoymuşduq. Qızım nənəsi-babası ilə yaşayır. Axırıncı dəfə Qəbələyə ekskursiyaya getmək üçün icazə istədi. Bundan əvvəl iki dəfə gəzintiyə getməsinə icazə vermişdik. Bu dəfə icazə vermədik. Dedik, qız uşağıdır. Yol da uzaqdır. Yeganə ehtimal edirik ki, icazə vermədiyimiz üçün əsəbləşib çıxıb gedib. Dərsdən çıxanda anamla atam məktəbin qabağında olub. Amma maşına minməyib, deyib özüm yavaş-yavaş gəlirəm. Elə ordan da çıxıb gedib”.

Ata deyir ki, hazırda polis əməkdaşları və kənd camaatı uşağın axtarışındadır:

“Hara gedib, hansı səmtə üz tutub, bilən yoxdu. Nə rəfiqələri, nə yoldaşları hayana getdiyini bilmir. Bütün qohum-əqraba, tanış-biliş, polis hamı axtarır. Hazırda kameradan hara getdiyinə baxırıq. Kamera göstərir ki, axşam saat 9-da Əlimərdanlı yolunda görünüb. Ümid edirəm izinə düşüb tapa bilərik”, - deyə ata əlavə edib.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Çox dərs oxumurdum" - 400 bal toplayan Paşa

"Çox dərs oxumurdum" - 400 bal toplayan Paşa

Azərbaycanda bu qədər qadın ALİMENT borclusudur

Azərbaycanda bu qədər qadın ALİMENT borclusudur

Atmosferi olan ekzoplanet TAPILDI: Orada həyat ola bilərmi?

Atmosferi olan ekzoplanet TAPILDI: Orada həyat ola bilərmi?

Dünya çempionu ABŞ-yə buraxılmır - Trampdan kömək istədi

Dünya çempionu ABŞ-yə buraxılmır - Trampdan kömək istədi

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO

Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı

Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - AYNA səbəbini AÇIQLADI - VİDEO

Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - AYNA səbəbini AÇIQLADI - VİDEO

Albalı tumlarını çıxarmağın ən praktik yolu

Albalı tumlarını çıxarmağın ən praktik yolu

Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Mahsun Kırmızıgül: “Kaş əllərin qırılaydı, Haluk!" – FOTO

Mahsun Kırmızıgül: “Kaş əllərin qırılaydı, Haluk!" – FOTO

Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

Qızıl 4 000 dollara ticarət olunur

Qızıl 4 000 dollara ticarət olunur

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi

Azərbaycanın 6 ayda neft ixrac etdiyi TOP-10 ölkə - SİYAHI

Azərbaycanın 6 ayda neft ixrac etdiyi TOP-10 ölkə - SİYAHI

Rusiyanın Novosibirsk vilayətində güclü ZƏLZƏLƏ oldu

Rusiyanın Novosibirsk vilayətində güclü ZƏLZƏLƏ oldu

Allahşükür Paşazadə: “Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik”

Allahşükür Paşazadə: “Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik”

Toyda qonaqlara "Chanel", "Cartier" hədiyyə olundu

Toyda qonaqlara "Chanel", "Cartier" hədiyyə olundu

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Məğlubiyyətdə birləşib, qələbəni bölüşə bilməyənlərin DRAMI

Məğlubiyyətdə birləşib, qələbəni bölüşə bilməyənlərin DRAMI

İmtahanda ölkənin ən yüksək balları Sumqayıtdan gəldi - FOTO

İmtahanda ölkənin ən yüksək balları Sumqayıtdan gəldi - FOTO

Smartfon istifadəçilərinə xəbərdarlıq

Smartfon istifadəçilərinə xəbərdarlıq

Bakıda itkin düşən azyaşlı bacı-qardaş tapıldı - YENİLƏNİB

Bakıda itkin düşən azyaşlı bacı-qardaş tapıldı - YENİLƏNİB

End of content

No more pages to load

RADİO