İşdən çıxarılan məktəb direktorlarının sonrakı AQİBƏTİ – ARAŞDIRMA

Mətbautda və sosial şəbəkələrdə müxtəlif vaxtlarda bəzi məktəb direktorları ilə bağlı neqativ məlumatlara rast gəlmişik. Bunlar əsasən 5 oktyabr Müəllimlər Günü və ya 8 Mart Qadınlar bayramı və digər əlamətdar günlər ərəfəsində baş verib. Yəni yayılan konkret faktlarda direktorlar ya müəllimləri valideynlərdən pul almağa təşviq edir, ya da müəllimlərə qarşı dərs saatlarının bölünməsində və digər məsələlərdə haqsızlıq edirlər.

Belə hallar ictimailəşdikdən sonra Elm və Təhsil Nazirliyinə tabe qurumlar məsələ ilə bağlı ölçü götürüb, ya həmin şəxs tənbeh olunub, ya da vəzifəsindən kənarlaşdırılıb.

Belə hallardan biri də bu yaxınlarda Bakı şəhəri 301 nömrəli tam orta məktəbdə baş verib.

Müəllimləri təhqir edərək, onlara “hinduşkabaş” deyən direktor Sevda Sarıyeva barədə araşdırma başlayıb. Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Yuxarıda qeyd etdiyimiz kimi belə hallar çox olub.

Bəs işindəki nöqsanlara görə işdən uzaqlaşdırılan direktorların sonrakı aqibəti necə olur?

Məsələ ilə bağlı fikirlərini Bizim.Media vasitəsilə bölüşən təhsil üzrə ekspert Elçin Əfəndi deyib ki, istər rəhbər işçilərin, istərsə də müəllimlərin etik davranış qaydaları mövcuddur:

“Təhsilverənlərlə bağlı yaxında Elm və Təhsil Nazirliyi tərəfindən belə bir qaydalar hazırlandı və təqdim olundu. Rəhbər işçi tabeliyində olan işçilərlə davranış qaydalarnda xüsusilə diqqətli olmalıdır. Çünki o, liderdir, liderlik xüsusiyyətlərinin daşıyıcısıdır. Çalışmalıdır ki, tabeliyində olanlarla düzgün kommunikasiya qursun.

Təəssüflər olsun ki, biz neçə müddətdi məktəb direktorlarının ya müəllimləri alçaltdığını, ya da müəllimlərə qarşı səhv hərəkət etdiyini və yaxud əlamətdar günlərlə bağlı pul yığımına yol verdiklərinin şahidi oluruq. Belə olan halda da Elm və Təhsil Nazirliyi tərəfindən vəzifəsindən uzaqlaşdırılması ilə bağlı müvafiq qərar alınır. İlk növbədə törətdiyi və yaxud işlətdiyi ifadənin loru dildə desək, həcminə baxılır ki, hansı səviyyədədir. Ona uyğun tənbeh və ya inzibati qaydada xəbərdarlıq olunur. Təbii ki, bu hal daha böyük qarışıqlıq yaradırsa, o vaxt Əmək Məcəlləsinə uyğun olaraq müqaviləsinə xitam verilir və işdən azad olunur”.

O, bu hallara görə işdən çıxarılan müəllimlərin yenidən vəzifəyə gətirildiyinin təcrübədə yaşandığını bildirib:

 “Nazirliyin belə yanaşması əslində doğru deyil. Çünki əgər bir rəhbər bir kollektivdə etikadən kənar hallara yol verirsə, bir müddət sonra onu harasa təyin etdiyimiz zaman kimsə ona onun eyni hərəkəti etməyəcəyinə cavabdehlik daşıya bilməyəcək. Elm və Təhsil Nazirliyi onu sadalanan hallara görə məktəb direktoru vəzifəsindən uzaqlaşdırıbsa, onu başqa bir məktəbə direktor təyin etməsi doğru deyil.

Hazırda ölkədə məktəb direktorları ilə bağlı ciddi sıxıntı var. 4400-dən çox tam orta ümumitəhsil müəssisələri fəaiyyət göstərir, onların 600-dən çoxunda məktəb direktoru yoxdur. Ümumilikdə biz hazırda pedaqoji istiamətdə beş ildən artıq fəaliyyət göstərən ən azından direktor vəzifəsinə gətirə bilərik. Yaxud da müəyyən menecmentlik ixtisası üzrə təhsil alan şəxsləri müsabiqə yolu ilə məktəb direktoru təyin etmək olar. Məhz direktor çatışmazlığı səbəbindən bir vaxtlar əmrini verib işdən çıxartdığımız şəxsləri yenidən vəzifəyə qaytarmaq doğru yanaşma deyil”.

Günay şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda bu qədər qadın ALİMENT borclusudur

Azərbaycanda bu qədər qadın ALİMENT borclusudur

Atmosferi olan ekzoplanet TAPILDI: Orada həyat ola bilərmi?

Atmosferi olan ekzoplanet TAPILDI: Orada həyat ola bilərmi?

Dünya çempionu ABŞ-yə buraxılmır - Trampdan kömək istədi

Dünya çempionu ABŞ-yə buraxılmır - Trampdan kömək istədi

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO

Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı

Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - AYNA səbəbini AÇIQLADI - VİDEO

Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - AYNA səbəbini AÇIQLADI - VİDEO

Albalı tumlarını çıxarmağın ən praktik yolu

Albalı tumlarını çıxarmağın ən praktik yolu

Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Mahsun Kırmızıgül: “Kaş əllərin qırılaydı, Haluk!" – FOTO

Mahsun Kırmızıgül: “Kaş əllərin qırılaydı, Haluk!" – FOTO

Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

Qızıl 4 000 dollara ticarət olunur

Qızıl 4 000 dollara ticarət olunur

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi

Azərbaycanın 6 ayda neft ixrac etdiyi TOP-10 ölkə - SİYAHI

Azərbaycanın 6 ayda neft ixrac etdiyi TOP-10 ölkə - SİYAHI

Rusiyanın Novosibirsk vilayətində güclü ZƏLZƏLƏ oldu

Rusiyanın Novosibirsk vilayətində güclü ZƏLZƏLƏ oldu

Allahşükür Paşazadə: “Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik”

Allahşükür Paşazadə: “Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik”

Toyda qonaqlara "Chanel", "Cartier" hədiyyə olundu

Toyda qonaqlara "Chanel", "Cartier" hədiyyə olundu

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Məğlubiyyətdə birləşib, qələbəni bölüşə bilməyənlərin DRAMI

Məğlubiyyətdə birləşib, qələbəni bölüşə bilməyənlərin DRAMI

İmtahanda ölkənin ən yüksək balları Sumqayıtdan gəldi - FOTO

İmtahanda ölkənin ən yüksək balları Sumqayıtdan gəldi - FOTO

Smartfon istifadəçilərinə xəbərdarlıq

Smartfon istifadəçilərinə xəbərdarlıq

Bakıda itkin düşən azyaşlı bacı-qardaş tapıldı - YENİLƏNİB

Bakıda itkin düşən azyaşlı bacı-qardaş tapıldı - YENİLƏNİB

Ukrayna Tambov vilayətində logistika mərkəzini vurdu - 7 ölü, 24 yaralı – VİDEO

Ukrayna Tambov vilayətində logistika mərkəzini vurdu - 7 ölü, 24 yaralı – VİDEO

End of content

No more pages to load

RADİO