Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunda yanacaq daşıyan yük avtomobili aşıb.
Bizim.Media xəbər verir ki, hadisə yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəzaya uğrayan avtomobil yolun hərəkət hissəsinə aşdığınıdan hazırda Bakı istiqamətində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırıb, alternativ yoldan istifadə olunur.
Hadisə yerinə Dövlət Yol Polisi və digər müvafiq qurumların əməkdaşları cəlb olunub. Yolun açılması istiqamətində iş aparılır.



Bizim.Media