Paytaxt ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı növbəti dəfə işıqfor yararsız vəziyyətə düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
"Bu gün səhər saatlarında paytaxtın Nizami rayonu, Babək prospekti ilə Əlişir Nəvai küçəsinin kəsişməsində qəza baş verib. Hadisə səbəbindən bir ədəd işıqfor dirəyi yararsız vəziyyətə düşüb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən sıradan çıxan işıqforun yenisi ilə əvəzlənməsi işləri görülür", - deyə məlumatda qeyd edilib.
Bizim.Media