Aqrar Xidmətlər Agentliyində saxlanılanların adları AÇIQLANDI – DETALLAR

Baş Prokurorluq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində keçirilən əməliyyatın detallarını açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Agentliyin Dövlət texniki nəzarət şöbəsinin müdir müavini Rəşad Yolçiyev və 1 saylı Dövlət Aqrar İnkişaf Mərkəzinin Texniki nəzarətin təşkili sektorunun müdiri Arif Həsənovun xidməti vəzifələrinin icrası zamanı ayrı-ayrı şəxslərdən rüşvət almaları barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Bildirilib ki, əməliyyat-istintaq tədbirləri ilə Rəşad Yolçiyev və Arif Həsənovun qabaqcadan əlbir olaraq 2022-2025-ci illər ərzində ölkə ərazisinə gətirilən kənd təsərrüfatında istifadə edilən və digər təyinatlı nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması, dövlət qeydiyyat nişanının verilməsi, texniki baxışın keçirilməsi, müvafiq şəhadətnamələrin təqdim edilməsi və digər məqsədlərlə onlara müraciət etmiş çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib:

“Əməliyyat-axtarış tədbirləri ilə vəzifəli şəxslərin xidməti otaqlarında aparılmış axtarışlar zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb”.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Rəşad Yolçiyev və Arif Həsənova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilmiş, barələrində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan tədbirləri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Çox dərs oxumurdum" - 400 bal toplayan Paşa

"Çox dərs oxumurdum" - 400 bal toplayan Paşa

Azərbaycanda bu qədər qadın ALİMENT borclusudur

Azərbaycanda bu qədər qadın ALİMENT borclusudur

Atmosferi olan ekzoplanet TAPILDI: Orada həyat ola bilərmi?

Atmosferi olan ekzoplanet TAPILDI: Orada həyat ola bilərmi?

Dünya çempionu ABŞ-yə buraxılmır - Trampdan kömək istədi

Dünya çempionu ABŞ-yə buraxılmır - Trampdan kömək istədi

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO

Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı

Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - AYNA səbəbini AÇIQLADI - VİDEO

Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - AYNA səbəbini AÇIQLADI - VİDEO

Albalı tumlarını çıxarmağın ən praktik yolu

Albalı tumlarını çıxarmağın ən praktik yolu

Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Mahsun Kırmızıgül: “Kaş əllərin qırılaydı, Haluk!" – FOTO

Mahsun Kırmızıgül: “Kaş əllərin qırılaydı, Haluk!" – FOTO

Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

Qızıl 4 000 dollara ticarət olunur

Qızıl 4 000 dollara ticarət olunur

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi

Azərbaycanın 6 ayda neft ixrac etdiyi TOP-10 ölkə - SİYAHI

Azərbaycanın 6 ayda neft ixrac etdiyi TOP-10 ölkə - SİYAHI

Rusiyanın Novosibirsk vilayətində güclü ZƏLZƏLƏ oldu

Rusiyanın Novosibirsk vilayətində güclü ZƏLZƏLƏ oldu

Allahşükür Paşazadə: “Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik”

Allahşükür Paşazadə: “Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik”

Toyda qonaqlara "Chanel", "Cartier" hədiyyə olundu

Toyda qonaqlara "Chanel", "Cartier" hədiyyə olundu

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Məğlubiyyətdə birləşib, qələbəni bölüşə bilməyənlərin DRAMI

Məğlubiyyətdə birləşib, qələbəni bölüşə bilməyənlərin DRAMI

İmtahanda ölkənin ən yüksək balları Sumqayıtdan gəldi - FOTO

İmtahanda ölkənin ən yüksək balları Sumqayıtdan gəldi - FOTO

Smartfon istifadəçilərinə xəbərdarlıq

Smartfon istifadəçilərinə xəbərdarlıq

Bakıda itkin düşən azyaşlı bacı-qardaş tapıldı - YENİLƏNİB

Bakıda itkin düşən azyaşlı bacı-qardaş tapıldı - YENİLƏNİB

End of content

No more pages to load

RADİO