Kəlbəcərin yeni siması - FOTO

“Kəlbəcər rayonu ərazisində yaşayış binaları üçün ayrılmış yer 19.5 hektar ərazidir. Burada salınacaq ilk məhəllə 3.26 ha ərazini əhatə edir".

Bizim.Media xəbər verir ki, bu fikirləri tikinti şirkətinin layihə rəhbəri Vazeh Vəliyev AZƏRTAC-a müsahibəsində deyib.

Onun sözlərinə görə, yaşayış məntəqəsində altı ədəd dördmərtəbəli iki blokdan ibarət binalar və qarşılarında isə ikimərtəbəli iki ədəd “townhouse” tikintisinin başa çatdırılması nəzərdə tutulub:
 

“Dördmərtəbəli binalar 27 mənzildən ibarət olmaqla iki, üç və dördotaqlı mənzillərdir. Cari ilin 2 sentyabr tarixində ölkə başçısı tərəfindən təməli qoyulan Kəlbəcər şəhəri ikinci yaşayış məhəlləsində ayrılmış ərazinin ümumi sahəsi 1.76 hektardır. Bu layihədə isə 160 mənzildən ibarət yaşayış binaları yer alıb. Digər yaşayış məhəllələrinin isə konsept layihələri ilə bağlı işlər görülür.


Yaxın zamanlarda Zar, Zallar və Yanşaq kəndlərində də tikinti işlərinə start verilməsi gözlənilir. Kəlbəcər şəhərində inzibati bina üçün ayrılan ərazinin sahəsi 2.42 hektar, şəhər parkı üçün ayrılan ərazi isə 10.9 hektar təşkil edəcək. Əlavə olaraq, 3.1 hektar ərazidə İşğal və Zəfər muzeyləri kompleksi layihəsinin həyata keçirilməsi nəzərdə tutulub.

Kəlbəcər rayonunda yerləşən İstisu qəsəbəsində isə 159 fərdi yaşayış evi inşa ediləcək.

Təməli 2022-ci ilin 26 iyun tarixində qoyulan və hazırda da tikintisi davam edən “İstisu” Müalicə-İstirahət Kompleksi sağlamlıq turizmi baxımından ixtisaslaşacaq kompleksin 34 hektar ərazidə inşa edilməsi və orada hotel, restoran, kafe, kottec, inzibati bina, multifunksional konfrans zalı, əyləncə məkanları, açıq və qapalı hovuzların inşası planlaşdırılıb. 145 otaqdan ibarət olacaq hotel binasının qonaq qəbuletmə imkanının 420 olması ehtimal olunur”.

Xatırladaq ki, Kəlbəcər rayonu 1993-cü il aprel ayının əvvəlində Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunub, 2020-ci il noyabrın 25-də isə işğaldan azad edilib.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ceki Çanın Azərbaycana gələcəyi tarix AÇIQLANDI

Ceki Çanın Azərbaycana gələcəyi tarix AÇIQLANDI

Müctəba Xamenei müharibə bitənə qədər ictimaiyyət qarşısına ÇIXMAYACAQ

Müctəba Xamenei müharibə bitənə qədər ictimaiyyət qarşısına ÇIXMAYACAQ

Ötən gün qanunsuz saxlanılan 14 tüfəng aşkarlandı

Ötən gün qanunsuz saxlanılan 14 tüfəng aşkarlandı

Bakıda və rayonlarda yenə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bakıda və rayonlarda yenə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Kim deyər ki, 82 yaşı var... – FOTO

Kim deyər ki, 82 yaşı var... – FOTO

Venesueladakı zəlzələdə ölənlərin sayı ARTDI

Venesueladakı zəlzələdə ölənlərin sayı ARTDI

Final fitini səsləndirəcək hakim barədə şok fakt üzə çıxdı - Video

Final fitini səsləndirəcək hakim barədə şok fakt üzə çıxdı - Video

Kondisionerdən belə istifadə edin, işıq pulunuz azalsın

Kondisionerdən belə istifadə edin, işıq pulunuz azalsın

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

"Çox dərs oxumurdum" - 400 bal toplayan Paşa

"Çox dərs oxumurdum" - 400 bal toplayan Paşa

Azərbaycanda bu qədər qadın ALİMENT borclusudur

Azərbaycanda bu qədər qadın ALİMENT borclusudur

Atmosferi olan ekzoplanet TAPILDI: Orada həyat ola bilərmi?

Atmosferi olan ekzoplanet TAPILDI: Orada həyat ola bilərmi?

Dünya çempionu ABŞ-yə buraxılmır - Trampdan kömək istədi

Dünya çempionu ABŞ-yə buraxılmır - Trampdan kömək istədi

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO

Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı

Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - AYNA səbəbini AÇIQLADI - VİDEO

Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - AYNA səbəbini AÇIQLADI - VİDEO

Albalı tumlarını çıxarmağın ən praktik yolu

Albalı tumlarını çıxarmağın ən praktik yolu

Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Mahsun Kırmızıgül: “Kaş əllərin qırılaydı, Haluk!" – FOTO

Mahsun Kırmızıgül: “Kaş əllərin qırılaydı, Haluk!" – FOTO

Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

Qızıl 4 000 dollara ticarət olunur

Qızıl 4 000 dollara ticarət olunur

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi

End of content

No more pages to load

RADİO