Goranboyda zəhərlənmə faktı qeydə alınıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Goranboy rayon sakini, 2001-ci il təvəllüdlü X. Bayramova zəhərlənmə diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti ağır qiymətləndirilir.
Yaxınlarnın ehtimalına görə, gənc qızın pomidor turşusundan zəhərlənə bilər.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu