Paytaxtın bir sıra obyektləri və memarlıq abidələri mavi rənglə işıqlandırılıb - FOTO/VİDEO

Aprelin 2-də “Socar Tower”, “Alov qüllələri”, Qız qalası, “Hilton” otel, “Bakı Kristal Zal” kimi obyektlər və memarlıq abidələri Dünya Autizm Maarifləndirmə Günü ilə əlaqədar mavi rənglə işıqlandırılıb.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, aksiya ictimaiyyətin diqqətini autizmli şəxslər və onların problemlərinə yönəltmək, autizm haqqında kütləvi maarifləndirmə aparmaq məqsədilə həyata keçirilib.

Hər il aprelin 2-də Dünya Autizm Maarifləndirmə Günü, aprel ayının isə Dünya Autizm Maarifləndirmə Ayı kimi qeyd edildiyini bildirən "Birgə və Sağlam" İctimai Birliyinin təsisçisi və direktoru Aytən Eynalova fikirlərinə belə davam edib:
 

"Autizm anadangəlmə olan və ömürboyu davam edən neyroinkişaf pozuntusudur. Son statistik məlumatlara görə, dünyada yeni doğulan hər 36 uşaqdan biri autizm riski daşıyır. Son bir neçə onillik ərzində autizm statistikasındakı dinamika həmin sayın artacağını proqnozlaşdırmağa əsas verir.


Bu isə autizm məsələsinə ciddi yanaşmağı tələb edir. Aprel ayı ərzində autizmə, neyromüxtəlifliyə və inklüzivliyə diqqət çəkməyə çalışılır. Həmin tədbirlər çərçivəsində hər il aprelin 2-də dünya miqyasında mötəbər binaların mavi rənglə işıqlandırılması aksiyası keçirilir. Aprel ayında intensiv maarifləndirmə işləri aparan “Birgə və Sağlam” İctimai Birliyi həmin beynəlxalq aksiyaya qoşularaq Bakıda bir neçə mötəbər binanın mavi rəngdə işıqlandırılması üçün təşəbbüslə çıxıb edib.

Bu gün paytaxtın bir çox tanınan abidələri mavi rənglə işıqlandırıldı. Çünki autizmli oğlanların sayı, qızların sayından daha çoxdur. Biz də bu günün çağırışını etmək üçün 10-a yaxın autizmli gənclə toplaşdıq və "Autizm - fərqli və bizdən biri" çağırışını etdik.

Ümumiyyətlə, on bir ildir ki, fəaliyyət göstərən “Birgə və Sağlam” İctimai Birliyi autizmli şəxslərin təhsili, sağlamlığı, sosial rifahı və məşğulluğu istiqamətində əhəmiyyətli layihələr icra edir.
 

Təşkilat son illər ərzində Heydər Əliyev Fondu, həmçinin bir sıra dövlət və özəl qurumların dəstəyi ilə autizmli şəxslərin cəmiyyətə inteqrasiyası və rifah halının yüksəldilməsi üçün davamlı olaraq təşəbbüslər göstərir. Birlik autizm sahəsində də kütləvi maarifləndirmə işləri aparır, mütəxəssislərin peşəkar inkişafına dəstək verir.


Cəmiyyətin bizim övladlarımızı qəbul etməsi və onların yanında olması üçün autizmlə əlaqəli maariflənməsinə ehtiyac var. Mən 21 yaşlı autizmli gəncin anası olaraq cəmiyyətimizə çağırış edib demək istəyirəm ki, daha çox maariflənək, onları olduğu kimi sevək".






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Müdafiə Nazirliyində milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi barədə QƏRAR

Müdafiə Nazirliyində milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi barədə QƏRAR

Ceki Çanın Azərbaycana gələcəyi tarix AÇIQLANDI

Ceki Çanın Azərbaycana gələcəyi tarix AÇIQLANDI

Müctəba Xamenei müharibə bitənə qədər ictimaiyyət qarşısına ÇIXMAYACAQ

Müctəba Xamenei müharibə bitənə qədər ictimaiyyət qarşısına ÇIXMAYACAQ

Ötən gün qanunsuz saxlanılan 14 tüfəng aşkarlandı

Ötən gün qanunsuz saxlanılan 14 tüfəng aşkarlandı

Bakıda və rayonlarda yenə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bakıda və rayonlarda yenə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Kim deyər ki, 82 yaşı var... – FOTO

Kim deyər ki, 82 yaşı var... – FOTO

Venesueladakı zəlzələdə ölənlərin sayı ARTDI

Venesueladakı zəlzələdə ölənlərin sayı ARTDI

Final fitini səsləndirəcək hakim barədə şok fakt üzə çıxdı - Video

Final fitini səsləndirəcək hakim barədə şok fakt üzə çıxdı - Video

Kondisionerdən belə istifadə edin, işıq pulunuz azalsın

Kondisionerdən belə istifadə edin, işıq pulunuz azalsın

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

"Çox dərs oxumurdum" - 400 bal toplayan Paşa

"Çox dərs oxumurdum" - 400 bal toplayan Paşa

Azərbaycanda bu qədər qadın ALİMENT borclusudur

Azərbaycanda bu qədər qadın ALİMENT borclusudur

Atmosferi olan ekzoplanet TAPILDI: Orada həyat ola bilərmi?

Atmosferi olan ekzoplanet TAPILDI: Orada həyat ola bilərmi?

Dünya çempionu ABŞ-yə buraxılmır - Trampdan kömək istədi

Dünya çempionu ABŞ-yə buraxılmır - Trampdan kömək istədi

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO

Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı

Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - AYNA səbəbini AÇIQLADI - VİDEO

Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - AYNA səbəbini AÇIQLADI - VİDEO

Albalı tumlarını çıxarmağın ən praktik yolu

Albalı tumlarını çıxarmağın ən praktik yolu

Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Mahsun Kırmızıgül: “Kaş əllərin qırılaydı, Haluk!" – FOTO

Mahsun Kırmızıgül: “Kaş əllərin qırılaydı, Haluk!" – FOTO

Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

Qızıl 4 000 dollara ticarət olunur

Qızıl 4 000 dollara ticarət olunur

End of content

No more pages to load

RADİO