Şəhid polkovnikin adı dərsliklərdən çıxarıldı - Nə baş verir? - FOTO

Aprel döyüşlərində qəhrəmanlıqla şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Vüqar Yusifovun həyat yoldaşı Lalə Əliyeva onun adının tarix kitablarından çıxarılmasına etirazını bildirib.

Bizim.Media xəbər verir ki, Lalə Əliyeva Yenisabah.az-a müraciət edərək bildirib ki, 5-ci sinif tarix kitabı, Zəfər tarixi kitabında Aprel döyüşləri ilə bağlı hissədə Vüqar Yusifovun adı qeyd edilsə də, sonradan 5-ci sinif Azərbaycan tarixi dərsliyindən şəhidimizin adı çıxarılıb. O, bunun səbəbini anlamadığını deyib.
 

"Aprel döyüşlərində hamı bilməsə də, çox adam bilir ki, XTQ-nin (Xüsusi Təyinatlı Qüvvələr) ən yüksək rütbəli zabiti Vüqar Yusifov olub. Bu gün görürəm ki, onun adı tarix kitablarından çıxarılıb. Səbəb nədir, məqsəd nədir?! Mən rəsmi olaraq heç kimə müraciət etməmişəm, çünki müəllifləri tanımıram. Kitabların müəlliflərindən cavab istəyirəm, bunun səbəbini izah etsinlər” – deyə şəhidin xanımı bildirib.


Lalə Əliyeva əlavə edib ki, həyat yoldaşının adına məktəb verilməsə də, bununla bağlı heç bir narazılığı yoxdur. Lakin onun qəhrəmanlığının tarix kitablarından çıxarılmasını anlaya bilmir. O, Vüqar Yusifovun adının unudulmamasını və gələcək nəsillərə çatdırılmasını istəyir.

O, baş verənlərin ona ağır təsir etdiyini və məyus olduğunu bildirib:

“Bu, mənə çox təsir etdi, məyus oldum. Bir qızım Tibb Universitetinə bu il qəbul olub, digər qızım 9-cu sinifdə təhsil alır, oğlum 5-ci sinifdə oxuyur. Bəs şəhidin övladları bunu görəndə deməyəcəklər ki, niyə bizim atamızın adını dərslikdən niyə silmisiniz?”
 

Lalə Əliyeva vurğulayıb ki, onun tək istəyi Vüqar Yusifovun adının dərsliklərə yenidən salınmasıdır. “Tək istəyim odur ki, adı dərsliklərə bərpa olunsun ki, övladları ataları ilə fəxr etsin, şəhidimizin adı unudulmasın,” – deyə o, qeyd edib.


Lalə Əliyeva bildirib ki, bütün tarix dərsliklərində Aprel döyüşlərinə dair məlumatlar yer alıb, lakin həmin döyüşlərdə ən yüksək rütbəli şəhid zabit olan polkovnik Vüqar Yusifovun adı qeyd edilməyib.

Vüqar Yusifov kimdir?

Vüqar Yusifov 1976-cı il noyabrın 2-də Şəmkir rayonunun Şiştəpə kəndində anadan olub. O, 1983-cü ildə Şiştəpə kənd orta məktəbinin birinci sinfinə gedib və 1993-cü ildə həmin məktəbi bitirib.

Elə həmin il Türkiyə Quru Qoşunları Ali Hərbi Məktəbinə daxil olub. 1997-ci ildə leytenant rütbəsi alıb və bir il sonra həmin ali məktəbi bitirib. Daha sonra Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb və polkovnik rütbəsinə qədər yüksəlib.

2016-cı ilin Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Onun ailəsində 3 övladı yadigar qalıb.

Vüqar Yusifov qəhrəmanlığına görə ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
 

Hazırda onun adını daşıyan məktəb olmasa da, Şəmkir rayonunun Şiştəpə kəndində bir küçə şəhidin şərəfinə adlandırılıb.


Şəhid xanımı tərəfindən qaldırılan məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Tarix kitablarının müəllifləri və aidiyyəti qurumların bu suallara necə cavab verəcəyi isə maraqla gözlənilir.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Müdafiə Nazirliyində milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi barədə QƏRAR

Müdafiə Nazirliyində milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi barədə QƏRAR

Ceki Çanın Azərbaycana gələcəyi tarix AÇIQLANDI

Ceki Çanın Azərbaycana gələcəyi tarix AÇIQLANDI

Müctəba Xamenei müharibə bitənə qədər ictimaiyyət qarşısına ÇIXMAYACAQ

Müctəba Xamenei müharibə bitənə qədər ictimaiyyət qarşısına ÇIXMAYACAQ

Ötən gün qanunsuz saxlanılan 14 tüfəng aşkarlandı

Ötən gün qanunsuz saxlanılan 14 tüfəng aşkarlandı

Bakıda və rayonlarda yenə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bakıda və rayonlarda yenə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Kim deyər ki, 82 yaşı var... – FOTO

Kim deyər ki, 82 yaşı var... – FOTO

Venesueladakı zəlzələdə ölənlərin sayı ARTDI

Venesueladakı zəlzələdə ölənlərin sayı ARTDI

Final fitini səsləndirəcək hakim barədə şok fakt üzə çıxdı - Video

Final fitini səsləndirəcək hakim barədə şok fakt üzə çıxdı - Video

Kondisionerdən belə istifadə edin, işıq pulunuz azalsın

Kondisionerdən belə istifadə edin, işıq pulunuz azalsın

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

"Çox dərs oxumurdum" - 400 bal toplayan Paşa

"Çox dərs oxumurdum" - 400 bal toplayan Paşa

Azərbaycanda bu qədər qadın ALİMENT borclusudur

Azərbaycanda bu qədər qadın ALİMENT borclusudur

Atmosferi olan ekzoplanet TAPILDI: Orada həyat ola bilərmi?

Atmosferi olan ekzoplanet TAPILDI: Orada həyat ola bilərmi?

Dünya çempionu ABŞ-yə buraxılmır - Trampdan kömək istədi

Dünya çempionu ABŞ-yə buraxılmır - Trampdan kömək istədi

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO

Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı

Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - AYNA səbəbini AÇIQLADI - VİDEO

Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - AYNA səbəbini AÇIQLADI - VİDEO

Albalı tumlarını çıxarmağın ən praktik yolu

Albalı tumlarını çıxarmağın ən praktik yolu

Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Mahsun Kırmızıgül: “Kaş əllərin qırılaydı, Haluk!" – FOTO

Mahsun Kırmızıgül: “Kaş əllərin qırılaydı, Haluk!" – FOTO

Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

Qızıl 4 000 dollara ticarət olunur

Qızıl 4 000 dollara ticarət olunur

End of content

No more pages to load

RADİO