İslama görə bu şəxslərin evlənməsi QADAĞANDIR – SİYAHI

“Bütün deyilənlərə rəğmən bu gün İslamda yalnız bir nikah var. Halbuki, İslama qədər təkcə ərəblər arasında müxtəlif nikah növləri vardı”.

Bunu Bizim.Media-ya açıqlamasında ilahiyyatçı Tural İrfan deyib. O bildirib ki, Məhəmməd Peyğəmbər İslamı yaydıqca bədnam nikahların da sonun gətirdi:

İlahiyyatçı İslama qədər olan nikahlardan söz açıb:

“1. Şiğar nikahı. Bu, bir kimsənin öz qızını, bacısını qarşı tərəfə ərə verərək, əvəzində onun özünü, yaxud yaxınına qarşı tərəfin bir qızı ilə evləndirməkdir. Bu qaydada bağlanan nikah, mehr verilib-verilməməsindən asılı olmayaraq, batil sayılır.

2. Muhəllil nikahı. Bu, üçüncü dəfə boşanmış qadını, birinci ərinə halal olsun deyə, gözləmə müddətindən sonra almaq və sonra boşamaqdır. Bu növ nikah ən böyük günahlardan və fahiş işlərdən idi.

3. Bədəl nikahı. Qarşılıqlı razılaşma ilə arvadları müvəqqəti dəyişdirməkdir. Bəzi Avropa ölkələrində bu kimi oxşar hallar hazırda da mövcuddur. Qədimdə ərəblərdə də belə adət vardı.

4. Makt nikahı. Atasının ölümündən sonra böyük oğulun ögey anası ilə evlənməsi.

5. İstibda nikahı. Bu oğlan övladı olmayan biri arvadının oğlan doğması üçün hamilə qalana kimi əsilzadə bir kişiyə müvəqqəti verməsidir. Qadın hamilə qaldıqdan sonra evinə dönərdi. Əri, hamiləlik dəqiq bəlli oluncaya qədər arvadına yaxınlaşmazdı. Doğulan uşaq ərindən olmuş sayılır və onun mirasçısı olurdu.

6. Qrup nikahları. Sayı on nəfəri keçməyən bir qrup kişi, eyni qadınla cinsi əlaqədə olurdu. Qadın hamilə qalıb uşaq dünyaya gətirsə, doğumdan bir müddət sonra bu kişilərin hamısını dəvət edərək uşağa ad qoymalarını istəyərdi. Həmin kişilərdən kim uşağa ad qoysa idi, uşağın atası o sayılırdı və onun mirasçısı olurdu. Hazırda rəsmi olmasa da, qeyri-rəsmi formada bu Avropada geniş yayılıb.

7. Biqa nikahı - (sərbəst nikah). Bəzi qadınlar bütün kişiləri qəbul edərək qapılarına bayraq asardılar. Bir uşaq dünyaya gətirdikdə isə bütün müştərilərini toplayaraq mütəxəssis çağırardılar. “Kaif” deyilən bu şəxs uşağın atasının kim olduğunu təyin edərdi.

8. Hidn nikahı. Kişi müəyyən bir məbləğ qarşılığında qadınla anlaşırdı. Onlar bir neçə gün birlikdə yaşayırdılar.

9. Sınaq evliliyi. Qadının bir dostundan uşağı olmuşdusa, bunu bəyan edib rəsmiləşdirmək üçün evlənirdilər.

10. Mutə nikahı. Qadınla müəyyən zaman kəsimində müəyyən məbləğ qarşılığında baş tutan evlilikdir.

11. Misyar nikahı. Səyahət zamanı bağlanan müvəqqəti nikah. Səyahət edərkən qadınla razılıq əsasında nikah bağlanır, səyahət bitərkən nikah da bitir.

12. Misfar nikahı. Səfər və ya ticari səfər əsnasında baş tutan evlilik. Bu evliliklər yalnız ticarət səfəri zamanı keçərli sayılırdı.

13. Misyaf nikahı: Yalnız tətil müddətində keçərli olan nikah idi. Tətilə çıxarkən bir kişi ilə qadının həmin tətil müddəti üzrə razılaşıb nikaha girməsi idi.

14. İki bacı ilə eyni vaxtda nikah: İki bacını eyni vaxtda yaxud bir müddətdən sonra nikaha almaq. İslam bunu kəskin şəkildə qadağan etdi”.

Müsahibimiz qeyd edib ki, İslam dini bu evliliklərin hamısını inkar edir:

“Amma bununla belə hazırki müsəlmanlardan Əhli-sünnə adlanan bölümün içərisindəki müəyyən cərəyanlar "Misyaf, Misyar və Misfar" nikahlarından açıq yaxud gizli şəkildə istifadə edirlər. Ancaq Əhli sünnənin məşhur rəyi bu nikahları məqbul saymır. 

Eyni zamanda Şiə adlanan firqənin içərisində də Cəfəri məzhəbi adı ilə tanınan qrup "Mutə" nikahını məqbul hesab edir. Bəzi tarixi mətn və hədislərdə Peyğəmbərin indiki İordaniya ərazisindəki Mutə adlanan yerdə Bizans qoşunları ilə savaşı əsnasında Mutə nikahına keçici olaraq izn verməsi qeyd olunur. Bu da zina halları baş verməsin deyə əsir qadınlarla əsgərlərin qeyri-qanuni əlaqələrini leqallaşdırmaq üçün idi.

Hətta Quranda Mutə edilən qadınların mehrlərinin verilməsinin vacibliyi əmr olunur. Fəqət səfərdən döndükdən sonra bu cür evliliyin yenidən yasaqlanması barədə çoxsaylı, təkzibedilməz faktlar, dəlillər var. Ümumilikdə isə İslamda caiz olan yeganə nikah daimi və ənənəvi nikahdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Ciddi problemin SİQNALI - Şişkinlik nə vaxt təhlükəlidir?

Ciddi problemin SİQNALI - Şişkinlik nə vaxt təhlükəlidir?

Kral III Çarlzın 56 il əvvəl ABŞ-da başına nə iş gəlmişdi? - FOTO

Kral III Çarlzın 56 il əvvəl ABŞ-da başına nə iş gəlmişdi? - FOTO

İtkin düşən 61 yaşlı qadın axtarılır - FOTO

İtkin düşən 61 yaşlı qadın axtarılır - FOTO

Türkiyə millisi iki yoxlama oyunu keçirəcək

Türkiyə millisi iki yoxlama oyunu keçirəcək

Putin–Tramp danışığı fonunda 400 milyonluq MESAJ – Ukrayna üçün nə VƏD EDİR?

Putin–Tramp danışığı fonunda 400 milyonluq MESAJ – Ukrayna üçün nə VƏD EDİR?

Azərbaycanda tikinti sahəsində icazə prosedurları müzakirə olunub- FOTOLAR

Azərbaycanda tikinti sahəsində icazə prosedurları müzakirə olunub- FOTOLAR

Naxçıvanda FHN əməkdaşı faciəli şəkildə həyatını itirdi - FOTO

Naxçıvanda FHN əməkdaşı faciəli şəkildə həyatını itirdi - FOTO

Sevillə Sevincin başına İŞ GƏLDİ: “Atışmaların səsi qulağımdadır” - VİDEO

Sevillə Sevincin başına İŞ GƏLDİ: “Atışmaların səsi qulağımdadır” - VİDEO

Bakıdan Dubaya uçuşlar bərpa edilir - Tarix açıqlandı

Bakıdan Dubaya uçuşlar bərpa edilir - Tarix açıqlandı

Xarici diplomatlar Laçında - FOTO/VİDEO

Xarici diplomatlar Laçında - FOTO/VİDEO

Şagirdlər arasında güc nümayişi – Məktəblər zəiflərin kabusuna çevrilir?

Şagirdlər arasında güc nümayişi – Məktəblər zəiflərin kabusuna çevrilir?

Niyə yazda yorğun görünürük? - İLGİNC SƏBƏBLƏR

Niyə yazda yorğun görünürük? - İLGİNC SƏBƏBLƏR

Bakı-Sumqayıt yolunda obyektlər yandı - FOTO/VİDEO

Bakı-Sumqayıt yolunda obyektlər yandı - FOTO/VİDEO

Torpaq almaq istəyənlərin NƏZƏRİNƏ

Torpaq almaq istəyənlərin NƏZƏRİNƏ

“Ən böyük arzum prokuror olmaqdır” – Buraxılış imtahanında maksimal bal toplayan SƏMA

“Ən böyük arzum prokuror olmaqdır” – Buraxılış imtahanında maksimal bal toplayan SƏMA

Qızıl və gümüş bahalaşdı

Qızıl və gümüş bahalaşdı

Bakının bu ərazisində QƏZA səbəbindən sıxlıq var

Bakının bu ərazisində QƏZA səbəbindən sıxlıq var

Vanna otağınız hərtərəfli təmizlikdən sonra belə çirkli görünür? - MARAQLI SƏBƏB

Vanna otağınız hərtərəfli təmizlikdən sonra belə çirkli görünür? - MARAQLI SƏBƏB

Qusarda güclü SEL - Fermerlərin əkin sahələri məhv olub – FOTO/VİDEO

Qusarda güclü SEL - Fermerlərin əkin sahələri məhv olub – FOTO/VİDEO

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

Prezidentin köməkçisi: Azərbaycanda bütün tarixi, mədəni və dini abidələr mühafizə edilir - VİDEO

Prezidentin köməkçisi: Azərbaycanda bütün tarixi, mədəni və dini abidələr mühafizə edilir - VİDEO

Bu gün və sabah BU BÜRCLƏR üçün uğur qapıları açılacaq

Bu gün və sabah BU BÜRCLƏR üçün uğur qapıları açılacaq

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

End of content

No more pages to load

RADİO