Zaqatalada dəm qazından zəhərlənən sakin ölüb. Zəhərlənmə hadisəsi rayonun Aşağı Tala kəndindəki mənzillərdən birində baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayona Novruz bayramını qeyd etmək üçün gələn Bakı şəhər sakini 34 yaşlı Sənan Məmmədovun meyiti bu gün səhər saatlarında yaşadığı evin hamamında aşkarlanıb.
İlkin məlumata görə, Sənan Məmmədovun dəm qazından boğularaq ölüb.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma başlanılıb.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu