Samux sakinini it dişləyib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Zazalı kəndində baş verib.
1998-ci il təvəllüdlü M. Bağırov it dişləməsi diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilib.
Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. İlkin versiyaya görə, Bağırova qonşusunun iti hücum edib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu